• $
  • £

17 mayda keçirilən imtahanların nəticələri elan edilib

17 mayda keçirilən imtahanların nəticələri elan edilib
26.05.2026 19:16

Ümumi (9 illik) orta təhsil səviyyəsi üzrə 17 may 2026-cı il tarixində keçirilən imtahanların nəticələri elan olunub.Bu barədə Dövlət İmtahan Mərkəzi məlumat yayıb.

1. Əvvəlki illərin məzunları üçün orta ixtisas təhsili müəssisələrinə qəbul imtahanı;

2. Müsabiqədə buraxılış imtahanında verdiyi xarici dildən fərqli dil üzrə iştirak etmək istəyən cari ilin məzunları üçün əlavə xarici dil imtahanı;

3. Müsabiqədə buraxılış imtahanında verdiyi tədris dilindən fərqli dil üzrə iştirak etmək istəyən cari ilin məzunları üçün əlavə tədris dili imtahanı;

4. Aprel ayında keçirilmiş buraxılış imtahanlarında müxtəlif səbəblərdən iştirak edə bilməmiş və barəsində Mərkəzə müraciət edilmiş cari ilin IX sinif şagirdləri üçün buraxılış imtahanı;

5. Eksternat qaydasında IX sinif üzrə yekun attestasiyada iştirak etmək istəyən şəxslər üçün buraxılış imtahanı;

6. Buraxılış imtahanlarında müxtəlif səbəblərdən iştirak edə bilməmiş və barəsində Mərkəzə müraciət edilmiş əvvəlki illərin IX sinif məzunları üçün buraxılış imtahanı.

1-3-cü kateqoriyaya aid olan abituriyentlər imtahan nəticələrini bu keçiddən öyrənə bilərlər.

4-6-cı kateqoriyaya aid olan şagirdlər isə imtahana nəticələrini öyrənmək üçün bu keçiddən istifadə etməlidirlər.

Abituriyentlər (şagirdlər) imtahan nəticələri haqqında məlumatı (hər fənn üzrə ümumi balı), mobil operatorlar (Azercell, Bakcell, Nar) vasitəsilə imtahana buraxılış vərəqəsində verilən kodu 7727 nömrəsinə göndərməklə də öyrənə bilərlər.

Bu imtahanlarda 5724 nəfər iştirak edib. Tələb olunan qaydaları pozduğu üçün 2 nəfər imtahandan xaric edilib.

İmtahanda ən yüksək nəticəni 290,1 bal toplayan Bakı şəhər Fizika, riyaziyyat və informatika təmayüllü liseyin cari il məzunu Əlizadə Gülay Elsevər qızı göstərib. Xatırladaq ki, imtahanda toplanılması mümkün olan maksimal bal 300-dür.

İmtahan nəticələri ilə bağlı müraciətlərə baxılması üçün DİM-də Apellyasiya Komissiyası fəaliyyət göstərəcək. Apellyasiya Komissiyasına müraciət etmək istəyənlər 1 iyun saat 10:00-dan 3 iyun saat 17:00-dək tarixlərində DİM-in saytında yerləşdiriləcək elektron ərizəni doldurmaqla qeydiyyatdan keçə bilərlər. Göstərilən müddət ərzində qeydiyyatdan keçməyənlər sonradan Apellyasiya Komissiyasına müraciət edə bilməyəcəklər. Elektron ərizədə haqqında müraciət edilən tapşırığın nömrəsi seçilməli, onunla bağlı müraciətin məzmunu yazılmalı və meyarın hansı bəndinə uyğun hesab edildiyi göstərilməlidir. Elektron ərizədə müraciətin məzmunu qeyd olunmadığı halda ərizə qəbul edilmir və həmin müraciət araşdırılmır. Apellyasiya prosesi aşağıdakı ardıcıllıqla aparılır:

Apellyasiya Komissiyası tərəfindən haqqında müraciət olunan bütün işlər araşdırılır;

Abituriyentlərin (şagirdlərin)  müraciət etdikləri tapşırıqlar üzrə ekspert rəyi (yazılı şəkildə) apellyasiya ərizələrinə əlavə edilir;

Abituriyentlərin (şagirdlərin) apellyasiya ərizələrində qeyd etdikləri telefon nömrəsinə apellyasiya prosesinin başa çatması ilə bağlı “sms” göndərilir.

Bundan sonra abituriyentlər (şagirdlər) apelyasiya.dim.gov.az saytında ərizələrinə daxil olaraq apellyasiyanın nəticəsi ilə tanış ola və ekspert rəyini oradan çap edə bilərlər.

Cavab vərəqində təlimata uyğun olmayan formada qeyd olunmuş cavablar, o cümlədən cavabın optik qurğu tərəfindən səhv kimi nəzərə alınması ilə nəticələnən düzəlişlərlə (məsələn qapalı sualda iki dairənin qaralanması və s.) bağlı müraciətlərə baxılmayacaq.

Apellyasiya Komissiyasına müraciət etməmişdən əvvəl abituriyentlər (şagirdlər) DİM-in saytında, imtahan nəticələri ilə bağlı səhifədə öz nəticələri, cavab vərəqinin qrafik təsviri, hər bir açıq tipli tapşırıq üzrə qiymətləndirmə meyarları ilə tanış ola bilərlər. Ötən imtahanların təcrübəsi göstərir ki, apellyasiya üçün ərizə yazanların təqribən 15%-i ümumiyyətlə tapşırığa cavab verməyib və ya öz cavabı ilə mümkün doğru cavabları, qiymətləndirmə şkalasını müqayisə edib tanış olmadan komissiyaya müraciət ediblər. Abituriyentlərin (şagirdlərin) nəzərinə çatdırırıq ki, bu tip müraciətlərə baxılmayacaq.

Oxşar xəbərlər
Oxşar xəbərlər
Bir aydır Zeynəbdən xəbər yoxdur
Cəmiyyət 16:44
Bir aydır Zeynəbdən xəbər yoxdur

Azərbaycanda 7 ayda vergi daxilolmaları 11,5 milyard manat olub
Cəmiyyət 16:21
Azərbaycanda 7 ayda vergi daxilolmaları 11,5 milyard manat olub
Rezidenturaya qəbul imtahanının 2-ci mərhələsində 1000-ə yaxın şəxs iştirak edəcək
Cəmiyyət 16:01
Rezidenturaya qəbul imtahanının 2-ci mərhələsində 1000-ə yaxın şəxs iştirak edəcək
Фахреддин Исмаилов отозван с должности постоянного представителя
Cəmiyyət 15:57
Фахреддин Исмаилов отозван с должности постоянного представителя
Bərdədə açıq sahədə yanğın olub
Cəmiyyət 15:09
Bərdədə açıq sahədə yanğın olub
Prezidentdən AZAL-la bağlı - fərman
Cəmiyyət 14:19
Prezidentdən AZAL-la bağlı - fərman

AZCON-a yeni səlahiyyət verilib- FƏRMAN
Cəmiyyət 13:34
AZCON-a yeni səlahiyyət verilib- FƏRMAN
Bəxtiyar Aslanbəyli "Şöhrət" ordeni ilə təltif edilib
Cəmiyyət 13:25
Bəxtiyar Aslanbəyli "Şöhrət" ordeni ilə təltif edilib

İyulda dövlət sərhədini pozduğuna görə 26 nəfər saxlanılıb
Cəmiyyət 13:15
İyulda dövlət sərhədini pozduğuna görə 26 nəfər saxlanılıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol