• $
  • €
  • ₽
  • ₺
  • £

Çin səfiri: Si Cinpin və Tramp rəqabəti məqbul çərçivədə saxlamağa razılaşıb

Çin səfiri: Si Cinpin və Tramp rəqabəti məqbul çərçivədə saxlamağa razılaşıb
02.06.2026 13:35

“Bu yaxınlarda Çin Xalq Respublikasının Sədri Si Cinpinin dəvəti ilə Amerika Birləşmiş Ştatlarının Prezidenti Donald Tramp Çinə dövlət səfəri edib. İki ölkənin liderləri Çin–ABŞ münasibətlərinə, eləcə də dünya miqyasında sülh və inkişaf məsələlərinə dair ən mühüm mövzular ətrafında açıq, dərin, konstruktiv və strateji fikir mübadiləsi aparıblar”.

Bunu Çin Xalq Respublikasının Azərbaycandakı səfiri Lu Mey APA İnformasiya Agentliyinə müsahibəsində deyib.

Səfir bildirib ki, tərəflər iki böyük dövlət arasında birgəyaşayış üçün düzgün yolu fəal şəkildə axtarıb və bir sıra mühüm razılaşmalara nail olub: “Dövlət başçıları ikitərəfli münasibətləri “konstruktiv strateji sabitliyə əsaslanan Çin–ABŞ münasibətləri” kimi xarakterizə ediblər. Bu yanaşma növbəti üç il ərzində və daha uzun perspektivdə Çin–ABŞ münasibətlərinin inkişafına strateji istiqamət verəcək. Həmin yanaşma həm iki ölkənin xalqları, həm də beynəlxalq ictimaiyyət tərəfindən müsbət qarşılanıb.

“Konstruktiv strateji sabitlik” ilk növbədə əməkdaşlığa əsaslanan müsbət sabitlik deməkdir. Bu model çərçivəsində qarşılıqlı əlaqələr və əməkdaşlıq vasitəsilə Çin–ABŞ münasibətlərinin dayanıqlılığı davamlı şəkildə möhkəmləndirilir.

Bu anlayış həm də sağlam sabitliyi ifadə edir. Yəni tərəflər rəqabəti məqbul çərçivədə saxlayır, bir tərəfin qazancının digər tərəfin itkisi kimi qiymətləndiriləcəyi sıfır məbləğli oyun yanaşmasından imtina edir.

Bununla yanaşı, konstruktiv strateji sabitlik idarə olunan fikir ayrılıqları şəraitində davamlı sabitliyi nəzərdə tutur. Hər iki tərəf öz siyasətlərində ardıcıllığı qoruyur, üzərinə götürdüyü öhdəlikləri vicdanla yerinə yetirir və daim bir-birinə doğru addımlar atır.

Eyni zamanda, bu anlayış sülhə əsaslanan uzunmüddətli sabitlik deməkdir. Belə bir model münaqişəni, qarşıdurmanı və xüsusilə müharibəni istisna edir”.

Diplomat qeyd edib ki, dinc yanaşı yaşamaq Çin və ABŞ münasibətlərinin ən böyük ortaq məxrəcidir: “İki ölkə arasında münaqişə və qarşıdurmanın nəticələri hər iki tərəf üçün qəbuledilməz olardı.

Bu baxımdan Çin və ABŞ arasında imzalanmış üç birgə kommünikenin müddəalarına riayət olunması, bir-birinin ictimai quruluşuna və inkişaf yoluna hörmət göstərilməsi, qarşı tərəfin fundamental maraqları və əsas narahatlıqlarının nəzərə alınması, eləcə də inkişaf hüququna hörmət edilməsi xüsusi əhəmiyyət daşıyır.

Bir sözlə, “konstruktiv strateji sabitliyə əsaslanan Çin–ABŞ münasibətləri” sadəcə bir şüar deyil. Bu, hər iki tərəfin qətiyyətlə sadiq qalmalı olduğu məqsəd və birgə fəaliyyət tələb edən strateji istiqamətdir.

Sədr Si Cinpinin qeyd etdiyi kimi, Çin–ABŞ münasibətləri iki ölkədə yaşayan 1,7 milyarddan çox insanın rifahına birbaşa təsir göstərir və dünya üzrə 8 milyarddan artıq insanın maraqları ilə bağlıdır”.

Lu Mey əlavə edib ki, Çin tərəfi ABŞ tərəfi ilə birlikdə dövlət başçılarının əldə etdiyi mühüm razılaşmaların lazımi şəkildə həyata keçirilməsinə, konstruktiv strateji sabitliyə əsaslanan Çin–ABŞ münasibətlərinin formalaşdırılmasına, ikitərəfli münasibətlərin daha geniş baxış və uzunmüddətli perspektiv əsasında inkişaf etdirilməsinə hazırdır: “Çin həmçinin yeni dövrdə böyük dövlətlər arasında qarşılıqlı fəaliyyətin düzgün modelinin müəyyənləşdirilməsi, iki ölkə xalqlarına daha çox fayda verilməsi və bütün dünyada sülh və inkişaf işinə daha böyük töhfə göstərilməsi istiqamətində ABŞ ilə birgə fəaliyyət göstərməyə hazır olduğunu bildirir”.

Oxşar xəbərlər
Oxşar xəbərlər
Hörmüz boğazında iri neft tankeri hücuma məruz qalıb
Dünya 21:00
Hörmüz boğazında iri neft tankeri hücuma məruz qalıb
Moskvanın hava limanlarında 210-dan çox uçuş təxirə salınıb və ya ləğv edilib
Dünya 20:30
Moskvanın hava limanlarında 210-dan çox uçuş təxirə salınıb və ya ləğv edilib
Konqoda Ebola virusuna yoluxanların sayı 9 800-ü keçib, Keniyada ikinci ölüm qeydə alınıb
Dünya 19:30
Konqoda Ebola virusuna yoluxanların sayı 9 800-ü keçib, Keniyada ikinci ölüm qeydə alınıb
Paris yaxınlığındakı hücumdan sonra üç nəfər saxlanılıb, şübhəlinin həbs müddəti uzadılıb
Dünya 18:30
Paris yaxınlığındakı hücumdan sonra üç nəfər saxlanılıb, şübhəlinin həbs müddəti uzadılıb
Rusiya Atlantik okeanının şərq sahillərinə ilk dizel yanacağı tankerlərini yola salıb
Dünya 10:03
Rusiya Atlantik okeanının şərq sahillərinə ilk dizel yanacağı tankerlərini yola salıb
Niderlandda güclü fırtınaya görə 40-dan çox aviareys ləğv edilib
Dünya 22:00
Niderlandda güclü fırtınaya görə 40-dan çox aviareys ləğv edilib
Koçaryanın həbs müddəti daha 2 ay uzadılıb
Dünya 21:09
Koçaryanın həbs müddəti daha 2 ay uzadılıb


Rusiya dizel yanacağının ABŞ-a tədarükü başlayıb
Dünya 14:26
Rusiya dizel yanacağının ABŞ-a tədarükü başlayıb

Türkiyədə mədəndə partlayış oldu -Ölənlər var
Dünya 14:01
Türkiyədə mədəndə partlayış oldu -Ölənlər var
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol