Sumqayıtda 59 yaşlı kişi ağacdan yıxılaraq ölüb
Sumqayıtda bədbəxt hadisə baş verib.
"Report" xəbər verir ki, hadisə şəhərin "Betonzavod" adlanan ərazisində qeydə alınıb.
59 yaşlı Hilal Həsənov ağacdan tut yığarkən yıxılıb. Ağır xəsarətlər alan şəxs hadisə yerində həyatını itirib.
Faktla bağlı araşdırma aparılır.
Oxşar xəbərlər
Oxşar xəbərlər
Son xəbərlər
Daha çox