Zelenski Böyük Britaniyaya səfər edib
Ukrayna Prezidenti Volodimir Zelenski danışıqlar aparmaq üçün Böyük Britaniyaya səfər edib.Bu barədə yerli media xəbər verir.
Zelenski səfər çərçivəsində Böyük Britaniyanın Baş naziri Kir Starmer, Fransa Prezidenti Emmanuel Makron və Almaniya kansleri Friedrix Merts ilə görüşəcək.
Görüşlərdə Ukraynanın hava hücumundan müdafiə imkanlarının gücləndirilməsi, Avropanın təhlükəsizlik arxitekturası və müharibənin dayandırılması istiqamətində diplomatik səylər əsas müzakirə mövzuları olacaq.