• $
  • €
  • ₽
  • ₺
  • £

Natiq Məmmədli: Qanun cəmiyyətə düzgün izah olunmalı və imkanlar kimi təqdim edilməlidir

Natiq Məmmədli: Qanun cəmiyyətə düzgün izah olunmalı və imkanlar kimi təqdim edilməlidir
08.06.2026 12:43

Yaş məhdudiyyəti tətbiq edilən sosial şəbəkə platformaları ilə bağlı qanun layihəsinin cəmiyyətə düzgün izah edilməsi vacibdir. Bunu Medianın İnkişafı Agentliyinin direktor müavini Natiq Məmmədli Milli Məclisdə çıxışı zamanı deyib. 

Məmmədli deyib ki, qanunla bağlı müxtəlif yanaşmalar və fikirlər formalaşacağı gözlənilir və bu baxımdan ictimai kommunikasiya prosesində təşəbbüsün ələ alınması vacibdir.

“Bizim üzərimizə düşən məsələ qanunu cəmiyyətə düzgün izah etməkdir. Bu informasiya məsələsində təşəbbüsü ələ almalıyıq”, – o bildirib.

Onun sözlərinə görə, qanun ictimaiyyətə yalnız məhdudiyyətlər kimi deyil, həm də yeni imkanlar yaradan bir tənzimləmə aktı kimi təqdim edilməlidir.

“Qanunu qadağadan çox yeni imkanlar yaradan sənəd kimi göstərməliyik. Uşaqlara da lazımi və təhlükəsiz informasiya təqdim edilməlidir”, – Məmmədli əlavə edib.

Gülnar Nazimqızı 

Oxşar xəbərlər
Oxşar xəbərlər
Zəhərləndiyi iddia edilən şagirdlərdə rotavirus infeksiyası aşkarlanıb - yenilənib
Cəmiyyət 20:25
Zəhərləndiyi iddia edilən şagirdlərdə rotavirus infeksiyası aşkarlanıb - yenilənib
Bakının iki rayonunda qaz təchizatı müvəqqəti dayandırılacaq
Cəmiyyət 19:00
Bakının iki rayonunda qaz təchizatı müvəqqəti dayandırılacaq
Məktəbdə jurnalistlərə hücum edən 3 nəfər məsuliyyətə cəlb olunub
Cəmiyyət 16:32
Məktəbdə jurnalistlərə hücum edən 3 nəfər məsuliyyətə cəlb olunub
Azərbaycanda 6,4 ton narkotik vasitə qanunsuz dövriyyədən çıxarılıb
Cəmiyyət 15:46
Azərbaycanda 6,4 ton narkotik vasitə qanunsuz dövriyyədən çıxarılıb
Azərbaycanda 9 ayda qeydə alınan cinayətlərin 90,5%-i açılıb - DİN
Cəmiyyət 15:40
Azərbaycanda 9 ayda qeydə alınan cinayətlərin 90,5%-i açılıb - DİN
Mirşahin Ağayev “Azərbaycan müəllimi”nə cavab verib
Cəmiyyət 15:28
Mirşahin Ağayev “Azərbaycan müəllimi”nə cavab verib
Azərbaycan, Ermənistan və Gürcüstan səfirləri İtaliyada bir araya gəlib
Cəmiyyət 15:18
Azərbaycan, Ermənistan və Gürcüstan səfirləri İtaliyada bir araya gəlib
Qonşu yaxınlıq anlamına gəlmir - deputat qonşu münasibətlərindən danışıb
Cəmiyyət 15:07
Qonşu yaxınlıq anlamına gəlmir - deputat qonşu münasibətlərindən danışıb

DİM dövlət qulluğu üzrə imtahanlara qeydiyyat elan edib
Cəmiyyət 14:35
DİM dövlət qulluğu üzrə imtahanlara qeydiyyat elan edib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol