• $
  • €
  • ₽
  • ₺
  • £

Ermənistan vətəndaşlarının şikayətləri üzrə apellyasiya məhkəməsində tərəflərin çıxışlarına başlanılıb

Ermənistan vətəndaşlarının şikayətləri üzrə apellyasiya məhkəməsində tərəflərin çıxışlarına başlanılıb
09.06.2026 19:10

İyunun 9-da Bakı Apellyasiya Məhkəməsində Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü nəticəsində sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, o cümlədən təcavüzkar müharibənin hazırlanması və aparılması, soyqırımı, müharibə qanunlarını və qaydalarını pozma, terrorçuluq, terrorçuluğu maliyyələşdirmə, hakimiyyəti zorla ələ keçirmə və digər çoxsaylı cinayətlərə görə Bakı Hərbi Məhkəməsi tərəfindən barələrində ittiham hökmü çıxarılmış Ermənistan Respublikası vətəndaşları Arayik Harutyunyan, Arkadi Qukasyan, Bako Sahakyan, Davit İşxanyan, David Babayan, Levon Mnatsakanyan və digərlərinin apellyasiya şikayətləri üzrə məhkəmə baxışı davam etdirilib.

AZƏRTAC xəbər verir ki, Bakı Apellyasiya Məhkəməsinin hakimləri Elmar Rəhimovun sədrliyi, Emin Mehdiyev və Mehriban Qarayevanın (ehtiyat hakim Əli Məmmədov) iştirakı ilə keçirilən məhkəmə iclasında barələrində cinayət işi üzrə apellyasiya icraatı aparılan şəxslərin hər biri bildikləri dillərdə - erməni və rus dillərində tərcüməçi, habelə müdafiələrinin təmin olunması məqsədilə vəkillərlə təmin edilib.

Məhkəmə iclasında zərərçəkmiş şəxslərin nümayəndələri, dövlət ittihamını müdafiə edən prokurorlar - Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin şöbə rəisi Abbas Abbaslı, həmin idarənin şöbə prokurorları Anar Ələkbərov və Sevinc Qasımova iştirak ediblər.

Məhkəmə prosesini Ombudsman Aparatının nümayəndələri də izləyiblər.

Əvvəlcə keçən məhkəmə iclasında təqsirləndirilən şəxslərdən bir qisminin ötən məhkəmə iclasında xahiş etdiyi sənədlərin tərcüməsi onlara təqdim edilib.

Təqsirləndirilən Davit İşxanyan isə 26 may tarixli məhkəmə iclasının məhkəmə-iclas protokolu ilə tanış olmaq istədiyini deyib.

Sədrlik edən məhkəmə-iclas protokolu ilə tanış olmaq üçün məhkəməyə müraciət edilməsinin lazım olduğunu, sənədlərlə tanışlıq üçün heç bir məhdudiyyət qoyulmadığını bildirib.

Ardınca sədrlik edən bildirib ki, məhkəmə kollegiyası Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 394-cü maddəsinin, habelə apellyasiya şikayətlərinin dəlilləri və Məcəllənin 339–341-ci maddələrinin tələblərinə uyğun olaraq məhkəmə çıxışlarının icra edilməsi ilə bağlı prosessual fəaliyyətin başlanmasını qanunauyğun hesab edir.

Çıxış üçün söz müdafiə tərəfinə verilib. Lakin A.Harutyunyanın müdafiəçisi istisna olmaqla digər vəkillər çıxışa hazırlaşmaq üçün məhkəmə prosesinin təxirə salınmasını məhkəmədən xahiş ediblər.

David Manukyan və Davit İşxanyan məhkəmə prosesinin davam etdirilməsini məhkəmədən xahiş edib.

Məhkəmədə fasilə elan olunub.

Fasilə zamanı təqsirləndirilən şəxslərdən bəziləri öz müdafiəçiləri ilə konfidensial qaydada görüşlər keçiriblər.

Fasilədən sonra sədrlik edən elan edib ki, məhkəmə kollegiyası təqsirləndirilən şəxslərin hüquqlarını müdafiə edən vəkilləri ilə konfidensial görüşmələrinə dair vəsatətləri təmin edərək onlara bunun üçün şərait yaradıb. Bundan başqa, iclasda çıxış etmək istəyən şəxslərə də müvafiq şərait yaradacaq. Digər təqsirləndirilənlərin çıxışa hazırlaşması üçün isə onlara vaxt veriləcək.

Ardınca təqsirləndirilən Arayik Harutyunyanın müdafiəçisi Anar Məmmədov çıxış edib. Vəkil çıxışında müdafiə etdiyi şəxs barəsində bəraət hökmü çıxarılmasını məhkəmədən xahiş edib.

Təqsirləndirilən Arayik Harutyunyan çıxış edərək vəkilinin mövqeyi ilə razılaşdığını və səsləndirdiyi fikirləri müdafiə etdiyini deyib.

Məhkəmənin növbəti iclası iyunun 16-da keçiriləcək.

Oxşar xəbərlər
Oxşar xəbərlər
AYİB: Sənaye zonaları ekosistemlərə çevrilir
Cəmiyyət 13:45
AYİB: Sənaye zonaları ekosistemlərə çevrilir

Bu marşrutların hərəkət sxemidəyişdirilib
Cəmiyyət 13:13
Bu marşrutların hərəkət sxemidəyişdirilib
Əli Kərimlinin cinayət işi üzrə istintaq bitib
Cəmiyyət 12:29
Əli Kərimlinin cinayət işi üzrə istintaq bitib

Sabah 32 dərəcəisti olacaq
Cəmiyyət 12:27
Sabah 32 dərəcəisti olacaq
Özbəkistanın Azərbaycan üzərindən yükdaşımaları 30% artıb - nazir
Cəmiyyət 11:48
Özbəkistanın Azərbaycan üzərindən yükdaşımaları 30% artıb - nazir


Lənkəranda 3 yaşlı uşağın atalığı tərəfindən döyülüb
Cəmiyyət 11:07
Lənkəranda 3 yaşlı uşağın atalığı tərəfindən döyülüb
Çin və Yaponiya şirkətləri Qarabağda istehsal imkanları ilə maraqlanır - Emin Hüseynov
Cəmiyyət 09:57
Çin və Yaponiya şirkətləri Qarabağda istehsal imkanları ilə maraqlanır - Emin Hüseynov


Yol polisi dəyişkən hava şəraiti ilə bağlı sürücülərə müraciət edib
Cəmiyyət 09:48
Yol polisi dəyişkən hava şəraiti ilə bağlı sürücülərə müraciət edib
Quba və Qusarda yağış yağıb - faktiki hava açıqlanıb
Cəmiyyət 09:22
Quba və Qusarda yağış yağıb - faktiki hava açıqlanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol