• $
  • €
  • ₽
  • ₺
  • £

NATO Rusiya sərhədi yaxınlığında hərbi təlimlərə başlayıb

NATO Rusiya sərhədi yaxınlığında hərbi təlimlərə başlayıb
13.06.2026 16:53

Litva, Polşa və Fransa iyunun 16-26-da Rusiya ilə həmsərhəd Kalininqrad vilayəti və Belarus yaxınlığında yerləşən Suvalki dəhlizi bölgəsində “Gallant Boar 2026” (“Cəsur qaban”) birgə hərbi təlimləri keçirəcək. Bu barədə Litva Ordusu məlumat yayıb.

Məlumata görə, təlimlərdə Litvanın “Jemaitija” Piyada Briqadasının bölmələri, eləcə də Polşa və Fransa Silahlı Qüvvələrinin hərbçiləri iştirak edəcək. Manevrlərin əsas məqsədi müttəfiq qüvvələr arasında birgə əməliyyatların icrası və fəaliyyətlərin koordinasiyasının təkmilləşdirilməsidir.

Litva Ordusunun bildirdiyinə görə, təlimlər zamanı iştirakçı ölkələrin hərbi hazırlıq səviyyəsinin artırılmasına, həmçinin strateji əhəmiyyət daşıyan Suvalki dəhlizinin sürətli və effektiv müdafiəsi üçün zəruri bacarıqların inkişafına xüsusi diqqət yetiriləcək.

Bununla yanaşı, NATO iyunun 8-də başlayan və 12 gün davam edəcək “Ramstein Flag 2026” hava təlimlərini keçirir. Təlimlərdə 19 ölkə iştirak edir və manevrlər Danimarka, Finlandiya, Norveç, İsveç və İspaniya ərazilərini əhatə edir.

Daha əvvəl Böyük Britaniyanın “Challenger 2” tanklarını Estoniyanın Rusiya ilə sərhədə yaxın bölgəsində yerləşdirdiyi, ABŞ və Böyük Britaniyanın isə Belarus sərhədi yaxınlığında birgə hərbi təlimlər keçirdiyi bildirilmişdi.

Oxşar xəbərlər
Oxşar xəbərlər
Niderlandda güclü fırtınaya görə 40-dan çox aviareys ləğv edilib
Dünya 22:00
Niderlandda güclü fırtınaya görə 40-dan çox aviareys ləğv edilib
Koçaryanın həbs müddəti daha 2 ay uzadılıb
Dünya 21:09
Koçaryanın həbs müddəti daha 2 ay uzadılıb


Rusiya dizel yanacağının ABŞ-a tədarükü başlayıb
Dünya 14:26
Rusiya dizel yanacağının ABŞ-a tədarükü başlayıb

Türkiyədə mədəndə partlayış oldu -Ölənlər var
Dünya 14:01
Türkiyədə mədəndə partlayış oldu -Ölənlər var


Avstriya casusluqda şübhəli bilinən dörd Rusiya diplomatını "arzuolunmaz şəxs" elan edib
Dünya 11:47
Avstriya casusluqda şübhəli bilinən dörd Rusiya diplomatını "arzuolunmaz şəxs" elan edib
Trampın keçmiş müşaviri Zelenskini istefaya çağırıb
Dünya 23:52
Trampın keçmiş müşaviri Zelenskini istefaya çağırıb
Fransada iğtişaşlarla bağlı saxlanılanların sayı 2 700-ə çatıb
Dünya 21:39
Fransada iğtişaşlarla bağlı saxlanılanların sayı 2 700-ə çatıb
Çində 7 maqnitudalı zəlzələ olub
Dünya 19:30
Çində 7 maqnitudalı zəlzələ olub
Albaniya parlamentində deputatlar arasında dava düşüb
Dünya 18:30
Albaniya parlamentində deputatlar arasında dava düşüb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol