• $
  • €
  • ₽
  • ₺
  • £

İsrailin Beyruta hücumu zamanı "Hizbullah" komandirlərindən biri həlak olub - Yenilənib

İsrailin Beyruta hücumu zamanı "Hizbullah" komandirlərindən biri həlak olub - Yenilənib
14.06.2026 16:59

İsrail ordusunun Dahiyədəki "Hizbullah" komanda mərkəzinə endirdiyi aviazərbələr zamanı qruplaşmanın komandirlərindən biri həlak olub.Bu barədə "Al Hadath" məlumat yayıb.

Telekanalın məlumatına görə, İsrail ordusu Qobeyri rayonunda "Hizbullah"ın qərargah ofisinin yerləşdiyi beşmərtəbəli binaya hücum edib. Qeyd olunur ki, adı açıqlanmayan həlak olmuş komandir qruplaşmanın Livanın cənubu və şərqindəki birləşmələri arasında operativ rabitənin təşkilinə cavabdeh idi.

İsrail Müdafiə Ordusunun mətbuat xidmətinin bəyanatında deyilir ki, komanda mərkəzi "Hizbullah" tərəfindən İsrail vətəndaşlarına və Livanın cənubunda fəaliyyət göstərən əsgərlərə qarşı terror hücumları hazırlamaq üçün istifadə edilib.

***

İsrail Müdafiə Ordusu "Hizbullah"ın hücumuna cavab olaraq Livanın paytaxtı Beyrutun Dahiya rayonunda qruplaşmanın obyektlərinə zərbələr endirib.Bu barədə İsrailin Baş naziri Benyamin Netanyahu və müdafiə naziri İsrael Katsın birgə bəyanatında deyilir.

"Hizbullah" öz növbəsində rəsmi "Telegram" kanalında bildirib ki, Livanın Nəbatiyə vilayətinin Əl-Ədissa şəhərində İsrail ordusunun yeni yaradılmış artilleriya mövqeyinə raketlə zərbə endirib.

İsrail hərbçiləri bildiriblər ki, "Hizbullah" İsrailin şimal rayonlarına üç mərmi atıb və bu, atəşkəs rejiminin ciddi şəkildə pozulmasıdır. Mərmilərin Şomra və Şlomi yaşayış məntəqələri yaxınlığına düşdüyünü əlavə edən qurum, bunun ötən həftəsonu əraziyə düşən iki mərmidən əlavə olaraq baş verdiyini qeyd edib.

Oxşar xəbərlər
Oxşar xəbərlər
Niderlandda güclü fırtınaya görə 40-dan çox aviareys ləğv edilib
Dünya 22:00
Niderlandda güclü fırtınaya görə 40-dan çox aviareys ləğv edilib
Koçaryanın həbs müddəti daha 2 ay uzadılıb
Dünya 21:09
Koçaryanın həbs müddəti daha 2 ay uzadılıb


Rusiya dizel yanacağının ABŞ-a tədarükü başlayıb
Dünya 14:26
Rusiya dizel yanacağının ABŞ-a tədarükü başlayıb

Türkiyədə mədəndə partlayış oldu -Ölənlər var
Dünya 14:01
Türkiyədə mədəndə partlayış oldu -Ölənlər var


Avstriya casusluqda şübhəli bilinən dörd Rusiya diplomatını "arzuolunmaz şəxs" elan edib
Dünya 11:47
Avstriya casusluqda şübhəli bilinən dörd Rusiya diplomatını "arzuolunmaz şəxs" elan edib
Trampın keçmiş müşaviri Zelenskini istefaya çağırıb
Dünya 23:52
Trampın keçmiş müşaviri Zelenskini istefaya çağırıb
Fransada iğtişaşlarla bağlı saxlanılanların sayı 2 700-ə çatıb
Dünya 21:39
Fransada iğtişaşlarla bağlı saxlanılanların sayı 2 700-ə çatıb
Çində 7 maqnitudalı zəlzələ olub
Dünya 19:30
Çində 7 maqnitudalı zəlzələ olub
Albaniya parlamentində deputatlar arasında dava düşüb
Dünya 18:30
Albaniya parlamentində deputatlar arasında dava düşüb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol