• $
  • €
  • ₽
  • ₺
  • £

ABŞ və İran arasında memorandum Tramp, Vens və Qalibaf tərəfindən imzalanıb

ABŞ və İran arasında memorandum Tramp, Vens və Qalibaf tərəfindən imzalanıb
15.06.2026 20:28

ABŞ Prezidenti Donald Tramp, vitse-prezident Cey Di Vens və İran parlamentinin sədri Məhəmmədbaqer Qalibaf Vaşinqton və Tehran arasında hərbi əməliyyatların dayandırılmasını nəzərdə tutan anlaşma memorandumunu imzalayıblar. Bu barədə yüksək vəzifəli ABŞ rəsmisinə istinadən Reuters məlumat yayıb.

"Axios"un müxbiri Barak Ravid də ABŞ rəsmilərinə istinadən bildirib ki, sənəd ABŞ tərəfdən Tramp və Vens, İran tərəfdən isə Qalibaf tərəfindən imzalanıb.

Qalibaf "X" sosial şəbəkəsində paylaşımında İranın “yekun qələbəyə doğru böyük addım atdığını” bildirib və ölkəsinin öz mövqeyində möhkəm dayandığını qeyd edib.

İran Prezidenti Məsud Pezeşkian isə bəyan edib ki, danışıqlar aparan nümayəndə heyəti ölkə rəhbərliyinin müəyyən etdiyi siyasətdən kənara çıxmayacaq. Onun sözlərinə görə, bütün addımlar milli maraqlar və dövlətin müəyyənləşdirdiyi çərçivə daxilində atılacaq.

Pezeşkian daha əvvəl qeyd etmişdi ki, ABŞ və İran arasında razılaşdırılmış memorandumun müddəaları tam icra olunarsa, bu, regionda yeni siyasi şəraitin formalaşmasına imkan yarada bilər.

ABŞ rəsmilərinin məlumatına görə, sənədin rəsmi imzalanma mərasimi daha sonra keçirilsə də, tərəflər artıq memorandumu elektron formada təsdiqləyiblər.

Oxşar xəbərlər
Oxşar xəbərlər
Niderlandda güclü fırtınaya görə 40-dan çox aviareys ləğv edilib
Dünya 22:00
Niderlandda güclü fırtınaya görə 40-dan çox aviareys ləğv edilib
Koçaryanın həbs müddəti daha 2 ay uzadılıb
Dünya 21:09
Koçaryanın həbs müddəti daha 2 ay uzadılıb


Rusiya dizel yanacağının ABŞ-a tədarükü başlayıb
Dünya 14:26
Rusiya dizel yanacağının ABŞ-a tədarükü başlayıb

Türkiyədə mədəndə partlayış oldu -Ölənlər var
Dünya 14:01
Türkiyədə mədəndə partlayış oldu -Ölənlər var


Avstriya casusluqda şübhəli bilinən dörd Rusiya diplomatını "arzuolunmaz şəxs" elan edib
Dünya 11:47
Avstriya casusluqda şübhəli bilinən dörd Rusiya diplomatını "arzuolunmaz şəxs" elan edib
Trampın keçmiş müşaviri Zelenskini istefaya çağırıb
Dünya 23:52
Trampın keçmiş müşaviri Zelenskini istefaya çağırıb
Fransada iğtişaşlarla bağlı saxlanılanların sayı 2 700-ə çatıb
Dünya 21:39
Fransada iğtişaşlarla bağlı saxlanılanların sayı 2 700-ə çatıb
Çində 7 maqnitudalı zəlzələ olub
Dünya 19:30
Çində 7 maqnitudalı zəlzələ olub
Albaniya parlamentində deputatlar arasında dava düşüb
Dünya 18:30
Albaniya parlamentində deputatlar arasında dava düşüb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol