• $
  • €
  • ₽
  • ₺
  • £

Sərkisyan və Putinin Qarabağ açıqlamaları

Sərkisyan və Putinin Qarabağ açıqlamaları
03.12.2013 10:24

Dekabrın 2-si Yerevanda görüşən Ermənistan və Rusiya prezidentləri jurnalistlərə açıqlamalarında Dağlıq Qarabağdan da danışıblar.

Sərkisyan deyib ki, Putini Azərbaycan prezidenti ilə Vyanada keçirdiyi görüş barədə məlumatlandırıb: “Minsk qrupunun həmsədri olan Rusiyaya Dağlıq Qarabağ münaqişəsinin həllindəki səylərə görə minnətdarlıq bildirdim. Biz münaqişənin yalnız dinc yolla, güc tətbiq etməmək və hədələməmək, xalqların bərabərliyi və öz müqəddəratını təyin etmə hüququ, ərazi bütövlüyü prinsipləri çərçivəsində həllinə sadiq olduğumuzu təsdiqlədik”.  Putin qeyd edib ki, Rusiya Ermənistan və Azərbaycan rəhbərlərinin birbaşa görüşlərinin bərpasını alqışlayır: “Noyabrın 19-da Vyanada keçirilən görüşün müsbət xarakter daşıması mənə çox xoşdur. Biz sağlam düşüncənin üstün gələcəyinə, hər iki tərəfin münaqişəni çözməyə can atacağına çox inanırıq və Minsk qrupu çərçivəsində bu prosesə dəstək olmağa çalışacağıq”.     Rusiya prezidenti müharibə başlayacağı təqdirdə Moskvanın hansı mövqe tutacağı haqda sualı “Ümid edirəm Dağlıq Qarabağda qan tökülməyəcək” deyə cavablandırıb./mediaforum.az/ANN.Az

Oxşar xəbərlər
Oxşar xəbərlər
Hikmət Hacıyev Ermənistan cəmiyyətinin nümayəndələrindən üzrxahlıq gözlədiyini bildirib
Siyasət 15:23
Hikmət Hacıyev Ermənistan cəmiyyətinin nümayəndələrindən üzrxahlıq gözlədiyini bildirib


Prezident BMT-nin Terrorçuluqla Mübarizə İdarəsinin nümayəndəsini qəbul edib
Siyasət 14:17
Prezident BMT-nin Terrorçuluqla Mübarizə İdarəsinin nümayəndəsini qəbul edib
Niderland Azərbaycana minatəmizləmə sahəsində dəstək imkanlarını nəzərdən keçirəcək
Siyasət 13:31
Niderland Azərbaycana minatəmizləmə sahəsində dəstək imkanlarını nəzərdən keçirəcək
Əliyev İslam Əməkdaşlıq Təşkilatının baş katibini qəbul edib
Siyasət 13:23
Əliyev İslam Əməkdaşlıq Təşkilatının baş katibini qəbul edib
Azərbaycan və Niderland Avropa enerji bazarı və Orta Dəhliz üzrə əməkdaşlığı müzakirə edib
Siyasət 13:23
Azərbaycan və Niderland Avropa enerji bazarı və Orta Dəhliz üzrə əməkdaşlığı müzakirə edib
İlham Əliyev Niderlandın xarici işlər nazirini qəbul edib
Siyasət 12:18
İlham Əliyev Niderlandın xarici işlər nazirini qəbul edib
Azərbaycan XİN Avstriyanı Milli Günü münasibətilə təbrik edib
Siyasət 10:47
Azərbaycan XİN Avstriyanı Milli Günü münasibətilə təbrik edib
İlham Əliyev Tokayevi təbrik edib
Siyasət 11:05
İlham Əliyev Tokayevi təbrik edib
Azərbaycan İordaniyada kilsəyə silahlı hücumla bağlı başsağlığı verib
Siyasət 12:18
Azərbaycan İordaniyada kilsəyə silahlı hücumla bağlı başsağlığı verib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol