• $
  • €
  • ₽
  • ₺
  • £

ABŞ prokurorluğu Maduro işi üzrə məhkəmənin iyulun sonunadək təxirə salınmasını istəyib

ABŞ prokurorluğu Maduro işi üzrə məhkəmənin iyulun sonunadək təxirə salınmasını istəyib
16.06.2026 14:13

ABŞ federal prokurorluğu Venesuelanın keçmiş prezidenti kimi təqdim olunan Nikolas Maduro və həyat yoldaşı Siliya Floreslə bağlı cinayət işi üzrə növbəti məhkəmə iclasının təxirə salınması üçün məhkəməyə müraciət edib.

Nyu-Yorkun Cənub Dairəsi üzrə ABŞ prokuroru Cey Kleytonun imzaladığı sənədə əsasən, ittiham tərəfi müdafiə tərəfinin razılığı ilə məhkəmə iclasının 30 iyun 2026-cı il tarixindən 22 iyul 2026-cı il tarixinə keçirilməsini xahiş edib.

Prokurorluq bildirib ki, iş üzrə yeni materialların müdafiə tərəfinə təqdim olunması və vəkillərin həmin sənədlərlə tanış olması üçün əlavə vaxta ehtiyac yaranıb.

Maduro və Flores ABŞ-da narkotik qaçaqmalçılığı və əlaqəli cinayətlərdə ittiham olunurlar. Hər iki şəxs ittihamları rədd edərək günahsız olduqlarını bəyan ediblər.

ABŞ məhkəməsində baxılan bu iş 2026-cı ilin əvvəlindən beynəlxalq diqqət mərkəzindədir. Maduro və Flores yanvarda ABŞ-a gətirildikdən sonra Nyu-York federal məhkəməsində irəli sürülən ittihamlar üzrə özlərini təqsirli bilmədiklərini açıqlayıblar. İş üzrə məhkəmə prosesi bir neçə dəfə təxirə salınıb və tərəflər arasında əsas mübahisələrdən biri müdafiənin maliyyələşdirilməsi və sübut materiallarının araşdırılması ilə bağlıdır.

Aytac 

Oxşar xəbərlər
Oxşar xəbərlər
Niderlandda güclü fırtınaya görə 40-dan çox aviareys ləğv edilib
Dünya 22:00
Niderlandda güclü fırtınaya görə 40-dan çox aviareys ləğv edilib
Koçaryanın həbs müddəti daha 2 ay uzadılıb
Dünya 21:09
Koçaryanın həbs müddəti daha 2 ay uzadılıb


Rusiya dizel yanacağının ABŞ-a tədarükü başlayıb
Dünya 14:26
Rusiya dizel yanacağının ABŞ-a tədarükü başlayıb

Türkiyədə mədəndə partlayış oldu -Ölənlər var
Dünya 14:01
Türkiyədə mədəndə partlayış oldu -Ölənlər var


Avstriya casusluqda şübhəli bilinən dörd Rusiya diplomatını "arzuolunmaz şəxs" elan edib
Dünya 11:47
Avstriya casusluqda şübhəli bilinən dörd Rusiya diplomatını "arzuolunmaz şəxs" elan edib
Trampın keçmiş müşaviri Zelenskini istefaya çağırıb
Dünya 23:52
Trampın keçmiş müşaviri Zelenskini istefaya çağırıb
Fransada iğtişaşlarla bağlı saxlanılanların sayı 2 700-ə çatıb
Dünya 21:39
Fransada iğtişaşlarla bağlı saxlanılanların sayı 2 700-ə çatıb
Çində 7 maqnitudalı zəlzələ olub
Dünya 19:30
Çində 7 maqnitudalı zəlzələ olub
Albaniya parlamentində deputatlar arasında dava düşüb
Dünya 18:30
Albaniya parlamentində deputatlar arasında dava düşüb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol