• $
  • €
  • ₽
  • ₺
  • £

Moskvada raket həyəcanı elan edilib

Moskvada raket həyəcanı elan edilib
22.06.2026 14:23

Rusiyanın Moskva vilayətində raket təhlükəsi ilə bağlı xəbərdarlıq elan edilib, bölgədə internet xidmətlərində fasilələrin yarana biləcəyi bildirilib.

“Ehtiyatlı olun, Moskva” Telegram kanalı “112 MO” təcili xəbərdarlıq tətbiqinə istinadən yazıb ki, Moskva vilayəti üzrə rəsmi sistem raket həyəcanı siqnalı verib.

Sakinlərə təhlükə zamanı binalarda və ya yaxınlıqdakı sığınacaqlarda qorunmaq tövsiyə olunub. Daha sonra həyəcan siqnalının ləğv edildiyi bildirilib.

Məlumata görə, təxminən bir saat ərzində Rusiyanın 12 bölgəsində raket təhlükəsi ilə bağlı xəbərdarlıq elan edilib.

Moskva meri Sergey Sobyanin bildirib ki, Rusiya Müdafiə Nazirliyinin hava hücumundan müdafiə qüvvələri son 24 saat ərzində paytaxta doğru hərəkət edən 84 pilotsuz uçuş aparatını məhv edib.

Bu, son iki il ərzində Moskvanı hədəf alan ən böyük dron hücum cəhdlərindən biri kimi qiymətləndirilib. Rusiya tərəfi hadisə ilə bağlı əlavə təfərrüatlar açıqlamayıb.

Aytac 

Oxşar xəbərlər
Oxşar xəbərlər
Niderlandda güclü fırtınaya görə 40-dan çox aviareys ləğv edilib
Dünya 22:00
Niderlandda güclü fırtınaya görə 40-dan çox aviareys ləğv edilib
Koçaryanın həbs müddəti daha 2 ay uzadılıb
Dünya 21:09
Koçaryanın həbs müddəti daha 2 ay uzadılıb


Rusiya dizel yanacağının ABŞ-a tədarükü başlayıb
Dünya 14:26
Rusiya dizel yanacağının ABŞ-a tədarükü başlayıb

Türkiyədə mədəndə partlayış oldu -Ölənlər var
Dünya 14:01
Türkiyədə mədəndə partlayış oldu -Ölənlər var


Avstriya casusluqda şübhəli bilinən dörd Rusiya diplomatını "arzuolunmaz şəxs" elan edib
Dünya 11:47
Avstriya casusluqda şübhəli bilinən dörd Rusiya diplomatını "arzuolunmaz şəxs" elan edib
Trampın keçmiş müşaviri Zelenskini istefaya çağırıb
Dünya 23:52
Trampın keçmiş müşaviri Zelenskini istefaya çağırıb
Fransada iğtişaşlarla bağlı saxlanılanların sayı 2 700-ə çatıb
Dünya 21:39
Fransada iğtişaşlarla bağlı saxlanılanların sayı 2 700-ə çatıb
Çində 7 maqnitudalı zəlzələ olub
Dünya 19:30
Çində 7 maqnitudalı zəlzələ olub
Albaniya parlamentində deputatlar arasında dava düşüb
Dünya 18:30
Albaniya parlamentində deputatlar arasında dava düşüb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol