• $
  • €
  • ₽
  • ₺
  • £

Venesuelada baş verən zəlzələdə ölənlərin sayı 1400-ü ötüb

Venesuelada baş verən zəlzələdə ölənlərin sayı 1400-ü ötüb
27.06.2026 22:33

Venesuelada bu həftə baş verən iki güclü zəlzələ nəticəsində ölənlərin sayı 1 430 nəfərə çatıb, 3 238 nəfər yaralanıb və davam edən afterşoklar xilasetmə əməliyyatlarını çətinləşdirib.Bu barədə ABŞ-ın CNN telekanalı Venesuela Milli Assambleyasının sədri Xorxe Rodriqesə istinadən məlumat yayıb.

Rodriqes bildirib ki, xilasedicilər dağıntılar altında sağ qalanları tapmaq üçün axtarışları davam etdirirlər, lakin ağır texnika çatışmazlığı və təkrarlanan yeraltı təkanlar əməliyyatların sürətini azaldır.

Onun sözlərinə görə, 3 142 ailə evlərini itirib və müvəqqəti sığınacaqlara yerləşdirilib.

CNN-in məlumatına görə, uzun illər davam edən maliyyə və infrastruktur problemləri səbəbindən Venesuelanın səhiyyə sistemi çoxsaylı yaralılara yardım göstərməkdə çətinlik çəkir.

ABŞ Dövlət Departamenti isə zəlzələnin nəticələrinin aradan qaldırılmasına dəstək məqsədilə ölkəyə iki axtarış-xilasetmə qrupu göndərdiyini açıqlayıb.

"Bu gün hər biri 80 nəfərdən ibarət iki axtarış-xilasetmə qrupu Venesuelaya yola düşüb və ABŞ hökumətinin yardım səylərinə qoşulacaq", - məlumatda deyilir.

Oxşar xəbərlər
Oxşar xəbərlər
Niderlandda güclü fırtınaya görə 40-dan çox aviareys ləğv edilib
Dünya 22:00
Niderlandda güclü fırtınaya görə 40-dan çox aviareys ləğv edilib
Koçaryanın həbs müddəti daha 2 ay uzadılıb
Dünya 21:09
Koçaryanın həbs müddəti daha 2 ay uzadılıb


Rusiya dizel yanacağının ABŞ-a tədarükü başlayıb
Dünya 14:26
Rusiya dizel yanacağının ABŞ-a tədarükü başlayıb

Türkiyədə mədəndə partlayış oldu -Ölənlər var
Dünya 14:01
Türkiyədə mədəndə partlayış oldu -Ölənlər var


Avstriya casusluqda şübhəli bilinən dörd Rusiya diplomatını "arzuolunmaz şəxs" elan edib
Dünya 11:47
Avstriya casusluqda şübhəli bilinən dörd Rusiya diplomatını "arzuolunmaz şəxs" elan edib
Trampın keçmiş müşaviri Zelenskini istefaya çağırıb
Dünya 23:52
Trampın keçmiş müşaviri Zelenskini istefaya çağırıb
Fransada iğtişaşlarla bağlı saxlanılanların sayı 2 700-ə çatıb
Dünya 21:39
Fransada iğtişaşlarla bağlı saxlanılanların sayı 2 700-ə çatıb
Çində 7 maqnitudalı zəlzələ olub
Dünya 19:30
Çində 7 maqnitudalı zəlzələ olub
Albaniya parlamentində deputatlar arasında dava düşüb
Dünya 18:30
Albaniya parlamentində deputatlar arasında dava düşüb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol