• $
  • €
  • ₽
  • ₺
  • £

İran yaxın günlərdə ABŞ ilə danışıqlar aparmağı planlaşdırmır - Yenilənib

İran yaxın günlərdə ABŞ ilə danışıqlar aparmağı planlaşdırmır - Yenilənib
29.06.2026 21:50

İran yaxın günlərdə ABŞ ilə heç bir səviyyədə danışıqlar aparmağı planlaşdırmır.

"Tasnim" agentliyinin məlumatına görə, bunu İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqai bildirib.

Onun sözlərinə görə, İranın ekspert nümayəndə heyəti əldə edilmiş razılaşmaların icrasına nəzarət etmək üçün Qətərin paytaxtı Dohaya gedəcək.

Bəqai bildirib ki, ABŞ memorandumun neft satışına dair 10-cu bəndi üzrə zəruri icazələri verib və bu öhdəliyin icrası izlənilir. O əlavə edib ki, İran aktivlərinin blokdan çıxarılmasını nəzərdə tutan 11-ci bəndin icrası da nəzarət mərhələsindədir.

"Biz hələ yekun razılaşma üzrə danışıqlara başlamamışıq. Bu proses memorandumun 1, 4, 5, 10 və 11-ci bəndlərinin icrasından asılıdır", - XİN sözçüsü deyib.

İyunun 17-də imzalanmış memorandum müharibənin dayandırılması, Hörmüz boğazında gəmiçiliyin bərpası, İrana qarşı bəzi sanksiyaların yumşaldılması və dondurulmuş İran aktivlərinin bir hissəsinin açılmasını nəzərdə tutur.

***

Qətərin paytaxtı Dohada ABŞ və İran arasında danışıqlara hazırlıq hələ başlamayıb və Tehran bununla bağlı rəsmi məlumat almayıb. Bu barədə İranın Qətərdəki səfirliyi bildirib.

Səfirlik ABŞ Prezidenti Donald Trampın Dohada iyunun 30-da ABŞ-İran danışıqlarının keçiriləcəyi ilə bağlı açıqlamasını təkzib edib və tərəflər arasında görüşə hazırlığın aparılmadığını vurğulayıb.

Tramp daha əvvəl ABŞ nümayəndələrinin iyunun 30-da Dohada iranlı rəsmilərlə görüşəcəyini açıqlamışdı.

Oxşar xəbərlər
Oxşar xəbərlər
Koçaryanın həbs müddəti daha 2 ay uzadılıb
Dünya 21:09
Koçaryanın həbs müddəti daha 2 ay uzadılıb


Rusiya dizel yanacağının ABŞ-a tədarükü başlayıb
Dünya 14:26
Rusiya dizel yanacağının ABŞ-a tədarükü başlayıb

Türkiyədə mədəndə partlayış oldu -Ölənlər var
Dünya 14:01
Türkiyədə mədəndə partlayış oldu -Ölənlər var


Avstriya casusluqda şübhəli bilinən dörd Rusiya diplomatını "arzuolunmaz şəxs" elan edib
Dünya 11:47
Avstriya casusluqda şübhəli bilinən dörd Rusiya diplomatını "arzuolunmaz şəxs" elan edib
Trampın keçmiş müşaviri Zelenskini istefaya çağırıb
Dünya 23:52
Trampın keçmiş müşaviri Zelenskini istefaya çağırıb
Fransada iğtişaşlarla bağlı saxlanılanların sayı 2 700-ə çatıb
Dünya 21:39
Fransada iğtişaşlarla bağlı saxlanılanların sayı 2 700-ə çatıb
Çində 7 maqnitudalı zəlzələ olub
Dünya 19:30
Çində 7 maqnitudalı zəlzələ olub
Albaniya parlamentində deputatlar arasında dava düşüb
Dünya 18:30
Albaniya parlamentində deputatlar arasında dava düşüb

Pentaqon 850-dən çox F-35 qırıcısı sifariş vermək istəyir
Dünya 15:56
Pentaqon 850-dən çox F-35 qırıcısı sifariş vermək istəyir
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol