• $
  • €
  • ₽
  • ₺
  • £

İsti hava Eyfel qülləsini əyir və uzadır

İsti hava Eyfel qülləsini əyir və uzadır
01.07.2026 15:16

Fransada iyunun sonlarında müşahidə olunan güclü istilər Parisin simvollarından olan Eyfel qülləsinin hündürlüyünün müvəqqəti dəyişməsinə səbəb olub.

RTL radiostansiyasının məlumatına görə, yüksək temperaturun təsiri altında qüllənin metal konstruksiyası istilik nəticəsində genişlənir. Bu isə tikilinin hündürlüyünün bir neçə santimetr artmasına və yuxarı hissəsinin cüzi şəkildə əyilməsinə səbəb ola bilir.

1889-cu ildə Dünya Sərgisi üçün inşa edilən Eyfel qülləsinin ilkin hündürlüyü 300 metr olub. Hazırda, 2022-ci ildə quraşdırılmış 6 metrlik radio antenası ilə birlikdə qüllənin ümumi hündürlüyü 330 metr təşkil edir.

Mühəndis, memar və tarixçi Bertrand Lemoine bildirib ki, havanın temperaturu -10°C-dən +40°C-yə qədər dəyişdikdə qüllənin hündürlüyü təxminən 10 santimetr arta bilər. Onun sözlərinə görə, hər 10 dərəcə temperatur artımı metal konstruksiyanın təxminən 2 santimetr genişlənməsinə səbəb olur.

Ekspert qeyd edib ki, günəş şüalarının qülləni qeyri-bərabər qızdırması nəticəsində onun yuxarı hissəsində cüzi əyilmə yaransa da, bu dəyişikliklər adi gözlə demək olar ki, hiss olunmur.

Lemoine vurğulayıb ki, hətta ekstremal istilər də Eyfel qülləsinin təhlükəsizliyinə risk yaratmır. Onun sözlərinə görə, qüllənin inşa olunduğu dəmir yalnız təxminən 1 500°C temperaturda əridiyi üçün yay aylarında müşahidə olunan istilər konstruksiyanın dayanıqlığına təsir göstərmir.

Gülnar Nazimqızı 

Oxşar xəbərlər
Oxşar xəbərlər
Koçaryanın həbs müddəti daha 2 ay uzadılıb
Dünya 21:09
Koçaryanın həbs müddəti daha 2 ay uzadılıb


Rusiya dizel yanacağının ABŞ-a tədarükü başlayıb
Dünya 14:26
Rusiya dizel yanacağının ABŞ-a tədarükü başlayıb

Türkiyədə mədəndə partlayış oldu -Ölənlər var
Dünya 14:01
Türkiyədə mədəndə partlayış oldu -Ölənlər var


Avstriya casusluqda şübhəli bilinən dörd Rusiya diplomatını "arzuolunmaz şəxs" elan edib
Dünya 11:47
Avstriya casusluqda şübhəli bilinən dörd Rusiya diplomatını "arzuolunmaz şəxs" elan edib
Trampın keçmiş müşaviri Zelenskini istefaya çağırıb
Dünya 23:52
Trampın keçmiş müşaviri Zelenskini istefaya çağırıb
Fransada iğtişaşlarla bağlı saxlanılanların sayı 2 700-ə çatıb
Dünya 21:39
Fransada iğtişaşlarla bağlı saxlanılanların sayı 2 700-ə çatıb
Çində 7 maqnitudalı zəlzələ olub
Dünya 19:30
Çində 7 maqnitudalı zəlzələ olub
Albaniya parlamentində deputatlar arasında dava düşüb
Dünya 18:30
Albaniya parlamentində deputatlar arasında dava düşüb

Pentaqon 850-dən çox F-35 qırıcısı sifariş vermək istəyir
Dünya 15:56
Pentaqon 850-dən çox F-35 qırıcısı sifariş vermək istəyir
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol