• $
  • €
  • ₽
  • ₺
  • £

Dəməşqdə partlayış nəticəsində ölənlərin sayı doqquz nəfərə çatıb - Yenilənib

Dəməşqdə partlayış nəticəsində ölənlərin sayı doqquz nəfərə çatıb - Yenilənib
02.07.2026 23:52

Suriyanın paytaxtı Dəməşqdə Ədliyyə Sarayı yaxınlığında baş vermiş partlayış qurbanlarının sayı doqquza çatıb.Bu barədə Suriya Səhiyyə Nazirliyinin nümayəndəsi Vail Dağmaş bildirib.

"Terror aktı qurbanlarının sayı doqquza çatıb, 20-dən çox insan yaralanıb", - deyə o qeyd edib.

Daha əvvəl bildirilmişdi ki, Ədliyyə Sarayının yaxınlığında, Hicaz meydanındakı kafelərin birində bomba partladılıb. Suriya paytaxtının qubernatoru Mahir Mərvan İdlibinin sözlərinə görə, cinayətin təşkilatçıları bu yolla iyulun 6-da Dəməşqdə keçirilməsi planlaşdırılan Xalq Şurasının (Suriyanın yeni parlamenti - red.) qarşıdan gələn 1-ci iclasını nüfuzdan salmağa çalışıblar.

17:19

Dəməşqin mərkəzindəki kafedə baş vermiş partlayış nəticəsində 4 nəfər ölüb, daha 11 nəfər isə yaralanıb.Bu barədə Suriyanın SANA dövlət agentliyi xəbər verir.

Partlayışın səbəbləri hələ ki, müəyyən edilməyib.

Suriya Səhiyyə Nazirliyinin təcili yardım və təcili tibb xidmətinin direktoru Əhməd əl-Bakurun məlumatına görə, yaralanan 11 nəfər xəstəxanalara çatdırılıb.

Hadisə yerində yanğınsöndürənlər və təcili xidmətlər çalışır.

***

Suriyanın paytaxtı Dəməşqdə, mərkəzi Hicaz rayonunda, Ədliyyə Sarayı yaxınlığında partlayış olub.Bu barədə "Al Arabiya" məlumat yayıb.

İlkin məlumata görə, partlayış Ədliyyə Sarayının yaxınlığındakı kafedə baş verib. Ölən və xəsarət alanların dəqiq sayı hələ ki, müəyyən edilməyib.

Hadisənin təfərrüatı da dəqiqləşdirilir.

Oxşar xəbərlər
Oxşar xəbərlər
Koçaryanın həbs müddəti daha 2 ay uzadılıb
Dünya 21:09
Koçaryanın həbs müddəti daha 2 ay uzadılıb


Rusiya dizel yanacağının ABŞ-a tədarükü başlayıb
Dünya 14:26
Rusiya dizel yanacağının ABŞ-a tədarükü başlayıb

Türkiyədə mədəndə partlayış oldu -Ölənlər var
Dünya 14:01
Türkiyədə mədəndə partlayış oldu -Ölənlər var


Avstriya casusluqda şübhəli bilinən dörd Rusiya diplomatını "arzuolunmaz şəxs" elan edib
Dünya 11:47
Avstriya casusluqda şübhəli bilinən dörd Rusiya diplomatını "arzuolunmaz şəxs" elan edib
Trampın keçmiş müşaviri Zelenskini istefaya çağırıb
Dünya 23:52
Trampın keçmiş müşaviri Zelenskini istefaya çağırıb
Fransada iğtişaşlarla bağlı saxlanılanların sayı 2 700-ə çatıb
Dünya 21:39
Fransada iğtişaşlarla bağlı saxlanılanların sayı 2 700-ə çatıb
Çində 7 maqnitudalı zəlzələ olub
Dünya 19:30
Çində 7 maqnitudalı zəlzələ olub
Albaniya parlamentində deputatlar arasında dava düşüb
Dünya 18:30
Albaniya parlamentində deputatlar arasında dava düşüb

Pentaqon 850-dən çox F-35 qırıcısı sifariş vermək istəyir
Dünya 15:56
Pentaqon 850-dən çox F-35 qırıcısı sifariş vermək istəyir
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol