• $
  • €
  • ₽
  • ₺
  • £

Zelenski Mertslə "Patriot" raketlərinin tədarükünü və cəbhədəki vəziyyəti müzakirə edib

Zelenski Mertslə "Patriot" raketlərinin tədarükünü və cəbhədəki vəziyyəti müzakirə edib
04.07.2026 14:52

Ukrayna Prezidenti Volodimir Zelenski Almaniya Kansleri Fridrix Mertslə telefon danışığında cəbhədəki vəziyyəti və Ukraynanın hava hücumundan müdafiəsinin gücləndirilməsini müzakirə edib.

Zelenski bu barədə sosial şəbəkədə paylaşım edib.

Onun sözlərinə görə, tərəflər ilk növbədə Ukraynaya verilmiş "Patriot" hava hücumundan müdafiə sistemlərinin raketlərlə təminatı məsələsini müzakirə ediblər.

"İlk növbədə "Patriot" sistemlərimizi lazımi raketlərlə dəstəkləmək imkanını müzakirə etdik", – Zelenski bildirib. 

Zelenski telefon danışığı zamanı Rusiya qoşunlarının Donetsk vilayətinin Konstantinovka şəhərini nəzarətə götürməsi ilə bağlı məlumatları da təkzib edib.

Ukrayna Prezidenti bildirib ki, Rusiya Prezidenti Vladimir Putinlə məhz Konstantinovkada görüşməyə hazırdır.

"Əgər Konstantinovka həqiqətən Rusiyanın nəzarəti altındadırsa, o zaman, görünür, Putinin orada mənimlə görüşməsi və nəhayət, müharibənin başa çatması üçün diplomatik həll yollarını müzakirə etməsi qarşısında heç bir maneə yoxdur", – Zelenski əlavə edib.

Oxşar xəbərlər
Oxşar xəbərlər
Koçaryanın həbs müddəti daha 2 ay uzadılıb
Dünya 21:09
Koçaryanın həbs müddəti daha 2 ay uzadılıb


Rusiya dizel yanacağının ABŞ-a tədarükü başlayıb
Dünya 14:26
Rusiya dizel yanacağının ABŞ-a tədarükü başlayıb

Türkiyədə mədəndə partlayış oldu -Ölənlər var
Dünya 14:01
Türkiyədə mədəndə partlayış oldu -Ölənlər var


Avstriya casusluqda şübhəli bilinən dörd Rusiya diplomatını "arzuolunmaz şəxs" elan edib
Dünya 11:47
Avstriya casusluqda şübhəli bilinən dörd Rusiya diplomatını "arzuolunmaz şəxs" elan edib
Trampın keçmiş müşaviri Zelenskini istefaya çağırıb
Dünya 23:52
Trampın keçmiş müşaviri Zelenskini istefaya çağırıb
Fransada iğtişaşlarla bağlı saxlanılanların sayı 2 700-ə çatıb
Dünya 21:39
Fransada iğtişaşlarla bağlı saxlanılanların sayı 2 700-ə çatıb
Çində 7 maqnitudalı zəlzələ olub
Dünya 19:30
Çində 7 maqnitudalı zəlzələ olub
Albaniya parlamentində deputatlar arasında dava düşüb
Dünya 18:30
Albaniya parlamentində deputatlar arasında dava düşüb

Pentaqon 850-dən çox F-35 qırıcısı sifariş vermək istəyir
Dünya 15:56
Pentaqon 850-dən çox F-35 qırıcısı sifariş vermək istəyir
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol