• $
  • £

Peskov: Zelenski Ukrayna qoşunlarını Donbasdan çıxarmaqla müharibəni dayandıra bilər

Peskov: Zelenski Ukrayna qoşunlarını Donbasdan çıxarmaqla müharibəni dayandıra bilər
11.07.2026 20:47

Ukrayna Prezidenti Volodimir Zelenski Ukrayna qoşunlarının Donbasdan çıxarılması və ərazidəki mövcud vəziyyətin hüquqi baxımdan tanınması barədə qərar verərsə, Rusiya ilə müharibə qısa müddətdə başa çata bilər. Bunu Kremlin sözçüsü Dmitri Peskov İsveçrənin “Die Weltwoche” nəşrinə müsahibəsində deyib.

“Zelenski hakimiyyətə gələrkən xalqına müharibəni bitirəcəyinə söz vermişdi. Bu, onun ilkin vədi idi”, – Peskov bildirib.

“O, qoşunlarını Donbasdan, hazırda Rusiyanın bölgələri olan ərazilərdən çıxarmaq və de-fakto mövcud vəziyyəti de-yure tanımaq barədə çox məsuliyyətli qərar qəbul etməklə müharibəni hələ də dayandıra bilər.
Bundan sonrakı gün müharibə bitərdi”, – Kremlin sözçüsü əlavə edib.

Rusiya Ukraynanın Donetsk, Luqansk, Xerson və Zaporojye vilayətlərini öz ərazisinin bir hissəsi elan edib, lakin bu bölgələrin heç birinə tam nəzarət etmir. Ukrayna və əksər dünya ölkələri Rusiyanın həmin ərazilər üzərində suverenlik iddialarını tanımır.
Kyiv qoşunların Donbasdan birtərəfli çıxarılması tələbini rədd edərək, belə bir addımın faktiki təslim olmaq mənasına gələcəyini bildirib.


Gülnar Nazimqızı

Oxşar xəbərlər
Oxşar xəbərlər
Türkiyədə məktəb qarşısında silahlı hücum olub, 4 şagird yaralanıb
Dünya 09:46
Türkiyədə məktəb qarşısında silahlı hücum olub, 4 şagird yaralanıb
CNN, MS NOW və Politico Tramp administrasiyasını məhkəməyə verib
Dünya 09:08
CNN, MS NOW və Politico Tramp administrasiyasını məhkəməyə verib
ABŞ-nin yeddi hava limanında uçuşlar dayandırılıb
Dünya 23:53
ABŞ-nin yeddi hava limanında uçuşlar dayandırılıb
Ərdoğan vyetnamlı həmkarı ilə regional və qlobal məsələləri müzakirə edib
Dünya 23:13
Ərdoğan vyetnamlı həmkarı ilə regional və qlobal məsələləri müzakirə edib
ABŞ, Yaponiya və Cənubi Koreya üçtərəfli tərəfdaşlıq yaradıb
Dünya 21:48
ABŞ, Yaponiya və Cənubi Koreya üçtərəfli tərəfdaşlıq yaradıb
Hörmüz boğazı yaxınlığında növbəti tanker hücuma məruz qalıb
Dünya 20:02
Hörmüz boğazı yaxınlığında növbəti tanker hücuma məruz qalıb

Hörmüz boğazından keçən tankerə zərbə endirilib
Dünya 13:46
Hörmüz boğazından keçən tankerə zərbə endirilib


Rusiya Dövlət Dumasına seçkilərin ilkin nəticələri açıqlanıb
Dünya 13:02
Rusiya Dövlət Dumasına seçkilərin ilkin nəticələri açıqlanıb
Meloni ABŞ-yə səfərdən imtina edib
Dünya 12:09
Meloni ABŞ-yə səfərdən imtina edib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol