• $
  • €
  • ₽
  • ₺
  • £

BBC: İsveçin "Foxtrot" cinayətkar şəbəkəsi yeniyetmələri sosial media üzərindən sifarişli qətllərə cəlb edir

BBC: İsveçin "Foxtrot" cinayətkar şəbəkəsi yeniyetmələri sosial media üzərindən sifarişli qətllərə cəlb edir
03.08.2026 09:57

İsveçin "Foxtrot" cinayətkar şəbəkəsi sosial media və şifrəli kommunikasiya platformaları vasitəsilə yeniyetmələri və gəncləri sifarişli qətllər və digər zorakı hücumlar törətmək üçün cəlb edir. Bu barədə BBC-nin dərc etdiyi araşdırmada bildirilir.

Araşdırmaya görə, 2025-ci ilin fevralında Stokholm yaxınlığında 20 yaşlı Murad Abdelkader qətlə yetirilib. İstintaqın məlumatına əsasən, cinayəti sonradan ömürlük həbs cəzasına məhkum edilən 18 yaşlı Atilla Əzimov törədib. Hüquq-mühafizə orqanları onun "Foxtrot" şəbəkəsi tərəfindən işə götürüldüyünü, lakin səhv şəxsi öldürdüyünü bildirir.

BBC qeyd edir ki, "Foxtrot" son illərdə əsasən yetkinlik yaşına çatmayanlar və gənclərdən istifadə etməklə sifarişli qətllərin təşkilində ixtisaslaşıb. Potensial icraçılar sosial şəbəkələr və şifrəli platformalar vasitəsilə yüksək məbləğdə pul vədləri ilə cəlb olunur.

Hüquq-mühafizə orqanlarının hesablamalarına görə, qrup 2022-ci ildən bəri təxminən 35 qətldə, həmçinin İsraillə əlaqəli Avropa hədəflərinə qarşı həyata keçirilən və ya planlaşdırılan bir sıra hücumlarda iştirak edib. Bəzi hücumlarda partlayıcı maddələr və əl qumbaralarından istifadə olunub.

Araşdırmada bildirilir ki, bu cür transmilli cinayətlərlə mübarizə məqsədilə Böyük Britaniya, İsveç, Norveç, Danimarka, Almaniya, Fransa, Hollandiya, Belçika, İspaniya, Finlandiya və İslandiyanın iştirakı ilə GRIMM beynəlxalq əməliyyat qrupu yaradılıb. Europol-un Mütəşəkkil Cinayətkarlıq Mərkəzinin nümayəndəsi Endi Kraaq bildirib ki, cinayətkar şəbəkələr həssas gəncləri "autsorsinq" qatillərinə çevirərək onlara kompüter oyunlarını xatırladan təlimatlarla tapşırıqlar göndərirlər.

BBC-nin məlumatına görə, İsveç polisi "Foxtrot"un bəzi fəaliyyətlərinin İran hakimiyyətinin maraqlarına xidmət etdiyini ehtimal edir. Hüquq-mühafizə orqanları qrupun eyni zamanda narkotik qaçaqmalçılığı və digər transmilli cinayət fəaliyyətlərini davam etdirdiyini bildirir.

Araşdırmada Böyük Britaniyada qətl törətmək üçün internet üzərindən cəlb olunduğu iddia edilən 18 yaşlı norveçli Yohannes Natlandın işi də qeyd olunur. O, əməliyyatı həyata keçirməzdən əvvəl saxlanılıb və sonradan Londondakı Old Bailey Məhkəməsinin münsiflər heyəti tərəfindən qətl törətməyə sui-qəsddə təqsirli bilinib.

BBC-nin məlumatına görə, GRIMM beynəlxalq əməliyyat qrupunun 15 aylıq fəaliyyəti ərzində "Foxtrot" şəbəkəsinin əsas üzvləri də daxil olmaqla 280-dən çox şəxs saxlanılıb. Buna baxmayaraq, şəbəkənin lideri Rava Məcidin İranda olduğu bildirilir və Avropa hüquq-mühafizə orqanları onun rəhbərlik etdiyi qrupun yeni hücumlar təşkil edə biləcəyindən narahatdır.

Gülnar Nazimqızı 

Oxşar xəbərlər
Oxşar xəbərlər

Pentaqon 850-dən çox F-35 qırıcısı sifariş vermək istəyir
Dünya 15:56
Pentaqon 850-dən çox F-35 qırıcısı sifariş vermək istəyir

Rusiya və Ukrayna hərbçilərin meyitlərini dəyişdirib
Dünya 14:19
Rusiya və Ukrayna hərbçilərin meyitlərini dəyişdirib
Yardımlının yeni icra başçısı Orxan Məmmədov kimdir?
Dünya 13:41
Yardımlının yeni icra başçısı Orxan Məmmədov kimdir?
ABŞ Yaxın Şərqdəki səfirlik əməkdaşlarının bir hissəsini təxliyə etməyə hazırlaşır
Dünya 23:45
ABŞ Yaxın Şərqdəki səfirlik əməkdaşlarının bir hissəsini təxliyə etməyə hazırlaşır
Özbəkistanda latın qrafikalı əlifbanın təkmilləşdirilməsi haqqında qanun imzalanıb
Dünya 21:41
Özbəkistanda latın qrafikalı əlifbanın təkmilləşdirilməsi haqqında qanun imzalanıb
APEC sammitində Rusiya, ABŞ və Çin liderlərinin mümkün görüşünə hazırlıq gedir
Dünya 19:10
APEC sammitində Rusiya, ABŞ və Çin liderlərinin mümkün görüşünə hazırlıq gedir
Mirzoyan azərbaycanlı çobanın Ermənistan tərəfə keçməsindən danışıb
Dünya 16:49
Mirzoyan azərbaycanlı çobanın Ermənistan tərəfə keçməsindən danışıb
Kirayə mənzil mexanizminin qaydaları dəyişib: öhdəliyin ötürülməsinə yeni şərtlər tətbiq olunur
Dünya 16:31
Kirayə mənzil mexanizminin qaydaları dəyişib: öhdəliyin ötürülməsinə yeni şərtlər tətbiq olunur
Netanyahu İrana qarşı hərbi əməliyyatları bərpa etmək istəyir
Dünya 13:02
Netanyahu İrana qarşı hərbi əməliyyatları bərpa etmək istəyir
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol