• $
  • €
  • ₽
  • ₺
  • £

Heyvan kəsimi məntəqələrində monitorinqlər aparılıb

Heyvan kəsimi məntəqələrində monitorinqlər aparılıb
07.08.2026 18:39

Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) tərəfindən qida təhlükəsizliyinin təmin olunması, baytarlıq-sanitariya və sanitariya-gigiyena qaydalarına əməl olunmasına nəzarət məqsədilə respublika üzrə fəaliyyət göstərən kəsim məntəqələrində növbəti monitorinqlər həyata keçirilib.

AQTA-nın Bakı Regional Bölməsinin sektor müdiri Ülviyyə Cəlilova bildirib ki, monitorinqlər zamanı bəzi kəsim məntəqələrində qida təhlükəsizliyi və baytarlıq nəzarəti sahəsində qüvvədə olan texniki normativ hüquqi aktların tələblərinin pozulduğu müəyyən edilib. Onun sözlərinə görə, aşkar edilmiş nöqsanların aradan qaldırılması məqsədilə sahibkarlara qısa müddət ərzində zəruri tədbirlərin görülməsi və görülmüş işlərin nəticələri barədə Agentliyə məlumat təqdim edilməsi tapşırılıb.

Ü. Cəlilova həmçinin qeyd edib ki, ölkədə kənd təsərrüfatı, heyvandarlıq və qida təhlükəsizliyi sahəsində aparılan islahatlar çərçivəsində heyvanların identifikasiyası prioritet istiqamətlərdən biridir. O vurğulayıb ki, hər bir heyvana unikal identifikasiya nömrəsinin verilməsi və məlumatların vahid informasiya sistemində qeydiyyata alınması yoluxucu heyvan xəstəliklərinin erkən aşkarlanmasına, onların yayılmasının qarşısının alınmasına və baytarlıq tədbirlərinin daha səmərəli planlaşdırılmasına geniş imkan yaradır

Oxşar xəbərlər
Oxşar xəbərlər
Ağcabədidə “Niva” mikroavtobusla toqquşub, xəsarət alanlar var
Cəmiyyət 16:10
Ağcabədidə “Niva” mikroavtobusla toqquşub, xəsarət alanlar var
Sabahın havası meteohəssas insanlar üçün əlverişlidir
Cəmiyyət 15:45
Sabahın havası meteohəssas insanlar üçün əlverişlidir
Sumqayıtda beş avtomobil toqquşub
Cəmiyyət 15:30
Sumqayıtda beş avtomobil toqquşub
Yollarda görünüş 500 metrədək məhdudlaşacaq
Cəmiyyət 14:15
Yollarda görünüş 500 metrədək məhdudlaşacaq
Sabahın hava proqnozu
Cəmiyyət 12:30
Sabahın hava proqnozu
Naxçıvanda iki avtomobil toqquşub, 6 nəfər xəsarət alıb
Cəmiyyət 11:29
Naxçıvanda iki avtomobil toqquşub, 6 nəfər xəsarət alıb
Azərbaycanın bəzi rayonlarına qar yağıb - FAKTİKİ HAVA
Cəmiyyət 11:12
Azərbaycanın bəzi rayonlarına qar yağıb - FAKTİKİ HAVA
Salyanda evə düşən ildırım yanğına səbəb olub
Cəmiyyət 10:10
Salyanda evə düşən ildırım yanğına səbəb olub
Fransa polisi qiymət artımına qarşı aksiyalarda 1 000-ə yaxın şəxsi saxlayıb
Cəmiyyət 23:35
Fransa polisi qiymət artımına qarşı aksiyalarda 1 000-ə yaxın şəxsi saxlayıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol