• $
  • €
  • ₽
  • ₺
  • £

Azərbaycanda onlayn qumar dəstəsinin rəhbəri saxlanılıb

Azərbaycanda onlayn qumar dəstəsinin rəhbəri saxlanılıb
19.08.2026 17:08

Azərbaycanda xaricdən idarə olunan qanunsuz onlayn qumar oyunlarının təşkili ilə məşğul olan mütəşəkkil dəstənin rəhbəri və digər üzvləri saxlanılıb. 

Daxili İşlər Nazirliyinin (DİN) məlumatına görə, Kibercinayətkarlıqla Mübarizə Baş İdarəsinin Gürcüstanın hüquq-mühafizə orqanları ilə birgə keçirdiyi əməliyyat nəticəsində axtarışda olan dəstənin rəhbəri Əliyev Anar İslam oğlu (“Anar007”) Gürcüstanda saxlanılaraq Azərbaycana gətirilib.

İstintaqla müəyyən edilib ki, A.Əliyev mütəşəkkil dəstə yaradaraq xaricdə təşkil etdiyi qanunsuz mərc və kazino oyunlarına Azərbaycan vətəndaşlarını cəlb edib. Dəstə üzvlərinin Tbilisi və digər şəhərlərdə kirayələnmiş evlərdə onlayn kazino oyunlarını idarə etdiyi bildirilir.

Əməliyyat zamanı dəstənin digər üzvləri Əşrəf Həsənzadə, Seymur Nurullayev, Etibar Sultanov, Rəşad Rzazadə, Şərqin Əliyev və Anar Surac oğlu Əliyev də saxlanılıb.

DİN-in məlumatına görə, saxlanılan şəxslər dəstə rəhbərinin tapşırığı ilə yerli mobil operatorların nömrələri, bank kartları və digər texniki vasitələrlə onlayn kazino fəaliyyətini təmin ediblər. Qanunsuz qumar oyunlarından əldə olunan vəsaitlərin nağdlaşdırılaraq kriptovalyuta formasında A.Əliyevin hesablarına köçürüldüyü müəyyən edilib.

İstintaq zamanı qanunsuz əldə olunan vəsaitlərin bir hissəsinin daşınar və daşınmaz əmlak alınması yolu ilə leqallaşdırıldığı da müəyyənləşdirilib. Saxlanılan şəxslərdən elektron daşıyıcılar, bank kartları və digər maddi sübutlar götürülüb.

Şübhəli şəxslərə ittiham elan edilərək cinayət məsuliyyətinə cəlb olunublar. Məhkəmənin qərarı ilə Anar Əliyev və Şərqin Əliyev barəsində həbs qətimkan tədbiri seçilib.

Digər şəxslərlə bağlı əməliyyat-istintaq tədbirləri davam etdirilir.

Oxşar xəbərlər
Oxşar xəbərlər
Ucarda maşınlar toqquşub ,xəsarət alan var
Cəmiyyət 23:11
Ucarda maşınlar toqquşub ,xəsarət alan var
Media əməkdaşları çəkiliş zamanı məktəbin həyətində hücuma məruz qalıb,saxlanılanlar var
Cəmiyyət 22:14
Media əməkdaşları çəkiliş zamanı məktəbin həyətində hücuma məruz qalıb,saxlanılanlar var
Sabah bu ərazilərdə qaz olmayacaq
Cəmiyyət 22:08
Sabah bu ərazilərdə qaz olmayacaq
Beynəlxalq axtarışda olan şəxs Çində tutularaq Azərbaycana ekstradisiya edilib
Cəmiyyət 21:14
Beynəlxalq axtarışda olan şəxs Çində tutularaq Azərbaycana ekstradisiya edilib
Leyla Əliyeva UNESCO-nun Baş direktorunun müavini ilə görüşüb
Cəmiyyət 19:50
Leyla Əliyeva UNESCO-nun Baş direktorunun müavini ilə görüşüb
Bratislava-Bakı marşrutu üzrə ilk birbaşa reys həyata keçirilib
Cəmiyyət 19:46
Bratislava-Bakı marşrutu üzrə ilk birbaşa reys həyata keçirilib
Səhiyyə Nazirliyinin mətbuat xidmətinin rəhbəri vəzifəsindən azad edilib
Cəmiyyət 18:49
Səhiyyə Nazirliyinin mətbuat xidmətinin rəhbəri vəzifəsindən azad edilib
Prezidentdən daşınmaz əmlakla bağlı- fərman
Cəmiyyət 17:42
Prezidentdən daşınmaz əmlakla bağlı- fərman
Bakı Şəhər Statistika İdarəsinin rəisi vəzifəsindən azad edilib
Cəmiyyət 17:12
Bakı Şəhər Statistika İdarəsinin rəisi vəzifəsindən azad edilib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol