• $
  • €
  • ₽
  • ₺
  • £

Bakıda və bölgələrdə son bir həftədə yaşıllıqlara 81 min manatdan çox ziyan vurulub

Bakıda və bölgələrdə son bir həftədə yaşıllıqlara 81 min manatdan çox ziyan vurulub
21.08.2026 19:00

Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin əməkdaşları tərəfindən son bir həftə ərzində keçirilən nəzarət tədbirləri zamanı Bakı, Gəncə şəhərləri və Quba rayonu ərazisində yaşıllıqların qanunsuz kəsilməsi faktları aşkar olunub.Bu barədə Dövlət Ekoloji Təhlükəsizlik Xidmətindən məlumat verilib.

Bildirilib ki, araşdırma zamanı Bakı şəhəri Sabunçu rayonu Bakıxanov qəsəbəsi Ülvi Rəcəb küçəsi, Binəqədi rayonu Biləcəri qəsəbəsi Asəf Zeynallı küçəsi, Binəqədi rayonu 7-ci mikrorayon İlham Hacıyev küçəsi, Gəncə şəhəri Nağı bəy Şeyxzamanlı küçəsi, Quba şəhəri və Quba rayonunun Qəçrəş kəndi ərazisində ağacların qanunsuz kəsilməsi nəticəsində yaşıllıqlara 81 820 manat məbləğində ziyan dəydiyi müəyyən edilib.

Qeyd olunub ki, hər bir fakt üzrə yaşıllıqlara dəymiş ziyanın məbləği cinayət tərkibi yaratdığından məsələyə hüquqi qiymət verilməsi üçün toplanmış materiallar hüquq-mühafizə orqanlarına göndərilib.

Oxşar xəbərlər
Oxşar xəbərlər
Ucarda maşınlar toqquşub ,xəsarət alan var
Cəmiyyət 23:11
Ucarda maşınlar toqquşub ,xəsarət alan var
Media əməkdaşları çəkiliş zamanı məktəbin həyətində hücuma məruz qalıb,saxlanılanlar var
Cəmiyyət 22:14
Media əməkdaşları çəkiliş zamanı məktəbin həyətində hücuma məruz qalıb,saxlanılanlar var
Sabah bu ərazilərdə qaz olmayacaq
Cəmiyyət 22:08
Sabah bu ərazilərdə qaz olmayacaq
Beynəlxalq axtarışda olan şəxs Çində tutularaq Azərbaycana ekstradisiya edilib
Cəmiyyət 21:14
Beynəlxalq axtarışda olan şəxs Çində tutularaq Azərbaycana ekstradisiya edilib
Leyla Əliyeva UNESCO-nun Baş direktorunun müavini ilə görüşüb
Cəmiyyət 19:50
Leyla Əliyeva UNESCO-nun Baş direktorunun müavini ilə görüşüb
Bratislava-Bakı marşrutu üzrə ilk birbaşa reys həyata keçirilib
Cəmiyyət 19:46
Bratislava-Bakı marşrutu üzrə ilk birbaşa reys həyata keçirilib
Səhiyyə Nazirliyinin mətbuat xidmətinin rəhbəri vəzifəsindən azad edilib
Cəmiyyət 18:49
Səhiyyə Nazirliyinin mətbuat xidmətinin rəhbəri vəzifəsindən azad edilib
Prezidentdən daşınmaz əmlakla bağlı- fərman
Cəmiyyət 17:42
Prezidentdən daşınmaz əmlakla bağlı- fərman
Bakı Şəhər Statistika İdarəsinin rəisi vəzifəsindən azad edilib
Cəmiyyət 17:12
Bakı Şəhər Statistika İdarəsinin rəisi vəzifəsindən azad edilib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol