• $
  • €
  • ₽
  • ₺
  • £

Yelo Bank İnformasiya Təhlükəsizliyinə dair Tələblərə Uyğunluq Auditi üzrə açıq tender elan edir

Yelo Bank İnformasiya Təhlükəsizliyinə dair Tələblərə Uyğunluq Auditi üzrə açıq tender elan edir
28.08.2026 09:43



“Yelo Bank” ASC kibertəhlükəsizlik və İT auditi sahəsində ixtisaslaşmış iddiaçıları Azərbaycan Respublikası Mərkəzi Bankının (ARMB) İnformasiya Təhlükəsizliyinə dair Tələblərinə Uyğunluq Auditi xidmətinin satınalınması üzrə keçirilən açıq tenderdə iştirak etməyə dəvət edir.

Tenderin predmeti:

Azərbaycan Respublikası Mərkəzi Bankı İdarə Heyətinin 28 mart 2024-cü il tarixli, 14/2 nömrəli Qərarı ilə təsdiq edilmiş "Maliyyə bazarlarında fəaliyyətinə nəzarət edilən subyektlərdə informasiya təhlükəsizliyinin təmin edilməsinə dair Tələblər"ə uyğunluq auditinin keçirilməsi və müvafiq hesabatların hazırlanması.

İddiaçılara dair əsas tələblər:

- Azərbaycan Respublikasında qanuni qeydiyyatdan keçmiş hüquqi şəxs olması;

- Maliyyə/bank sektorunda və ya tənzimlənən qurumlarda İT və İnformasiya Təhlükəsizliyi auditləri üzrə minimum 3 il sübut edilmiş təcrübənin olması;

- Audit keçirəcək mütəxəssislərin azı 3 il təcrübəsinin olması və audit komandasında ISO 27001 Lead Auditor sertifikatlı mütəxəssislərin (ən azı 2 nəfər), habelə CISA / CISM / CISSP / CRISC / ISO 27005 sertifikatlı ekspertlərin yer alması;

- Auditorun müstəqil olması və Bankla maraqların toqquşmasının olmaması;

- Audit fəaliyyətinin Azərbaycan Respublikası ərazisindən həyata keçirilməsi.

Təkliflərin təqdim olunması qaydası:

- İddiaçılar texniki və kommersiya təkliflərini qapalı, dörd tərəfdən möhürlənmiş zərfdə təqdim etməlidirlər. Zərfin üzərində "ARMB Tələblərinə Uyğunluq Auditi" sözləri mütləq qeyd olunmalıdır.

- Tenderin elan olunma tarixi: 28.08.2026

- Təkliflərin təqdim olunması üçün son tarix: 04.09.2026

Təkliflərin təhvil verilməsi üçün ünvan və əlaqədar şəxs:

Ünvan: Bakı şəhəri, Həsən bəy Zərdabi küç. 81K, "Yelo Bank" ASC (Baş Ofis)
Əlaqədar şəxs: Ləman Qurbanova; +994 (50) 627 53 00

Tenderlə bağlı suallar və yazışmalar üçün: Leyla Abbasova; [email protected]; +994 (55) 213 70 12

Qeyd: Təkliflər kommersiya qiyməti əsasında qiymətləndiriləcəkdir. Tələb olunan sertifikatları və minimum 3 illik təcrübə tələbini cavablandırmayan təkliflər nəzərə alınmayacaqdır. Məlumat əldə etməzdən əvvəl iddiaçı ilə Məxfilik Müqaviləsi (NDA) imzalanacaqdır.

Tenderin texniki tapşırıq sənədi ilə tanış olmaq üçün: //ylb.az/3T1BwLg.

Bank xidmətləri ilə bağlı əlavə suallarınız var? O zaman 981 nömrəsinə zəng edin və ya Facebook, Instagram , Whatsapp və yelo.az hesablarımızı ziyarət edin.

Yelo Bank – Parlaq bankçılıq!

 

Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycan nefti ucuzlaşıb
İqtisadiyyat 10:34
Azərbaycan nefti ucuzlaşıb
Ünvanlı sosial yardımın adambaşına düşən məbləği 11% azalıb - rəsmi
İqtisadiyyat 15:40
Ünvanlı sosial yardımın adambaşına düşən məbləği 11% azalıb - rəsmi
Доходы сводного бюджета достигли 36,7 млрд
İqtisadiyyat 12:45
Доходы сводного бюджета достигли 36,7 млрд

Azərbaycanın xarici dövlət borcu azalıb
İqtisadiyyat 11:25
Azərbaycanın xarici dövlət borcu azalıb
Əhalinin nominal gəlirləri 72,7 milyard manata çatıb
İqtisadiyyat 11:19
Əhalinin nominal gəlirləri 72,7 milyard manata çatıb
Azərbaycan iqtisadiyyatı 1,5 % böyüyüb
İqtisadiyyat 11:05
Azərbaycan iqtisadiyyatı 1,5 % böyüyüb
Avro və rubl bahalaşıb - məzənnə
İqtisadiyyat 09:25
Avro və rubl bahalaşıb - məzənnə
AYB üzvlük haqqını ödəməyənlərlə bağlı xəbərdarlıq edib
İqtisadiyyat 15:55
AYB üzvlük haqqını ödəməyənlərlə bağlı xəbərdarlıq edib
ABB 12 ay faizsiz ödəniş imkanı yaradan “TamKart Max” kredit kartını təqdim etdi!
İqtisadiyyat 12:47
ABB 12 ay faizsiz ödəniş imkanı yaradan “TamKart Max” kredit kartını təqdim etdi!
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol