Azərbaycanda buğda və arpa toxumuna illik tələbatın yalnız 44%-i sertifikatlaşdırılmış toxumla ödənilir
Azərbaycanda buğda və arpa toxumuna illik tələbat təxminən 180,000 ton təşkil etsə də, ötən il cəmi 80,000 ton sertifikatlaşdırılmış toxum istehsal olunub. Bunu Aqrar Xidmətlər Agentliyinin sədr müavini Taleh Zeynalov anews.az- açıqlamasında bildirib.
“Keçən il sertifikatlaşdırdığımız buğda və arpa toxumu 80,000 ton olub, ölkənin ehtiyacı isə təxminən 180,000 tondur”, - Zeynalov deyib.
Bu rəqəmlərə əsasən, ölkənin buğda və arpa toxumuna tələbatının təxminən 44%-i sertifikatlaşdırılmış toxum hesabına ödənilib.
Zeynalov bildirib ki, qalan təxminən 100,000 ton əkin materialı rəsmi toxum statusuna malik olmayıb.
“Yəni statusu toxum olan məhsul 80,000 tondur. Qalan təxminən 100,000 ton isə toxum statusu olmayan məhsullardır”, - o deyib.
Gülnar Nazimqızı