• $
  • €
  • ₽
  • ₺
  • £

3 yaşlı uşağın ət maşınında amputasiya olunan əli 8 saatlıq əməliyyatla bərpa edilib

3 yaşlı uşağın ət maşınında amputasiya olunan əli 8 saatlıq əməliyyatla bərpa edilib
03.09.2026 10:00

Azərbaycanda 3 yaşlı oğlan uşağının ət maşınında ağır travma nəticəsində amputasiya olunan sol əli təxminən 8 saat davam edən mikrocərrahi əməliyyatla bərpa edilib. Bu barədə Səhiyyə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, sol yuxarı ətrafının ət maşınında sıxılması nəticəsində ağır travmatik amputasiya alan uşaq hadisədən təxminən 7 saat sonra Səhiyyə Nazirliyinin Ə.Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun Plastik və Rekonstruktiv Cərrahiyyə Klinikasına çatdırılıb.

Travma nəticəsində uşağın sol əl biləyi və əl daraqları, həmçinin baş, işarə, orta və üzük barmaqları tam amputasiya olunub.

Uşaq təcili əməliyyata hazırlanıb. Dilqəm Məmmədov, Bəxtiyar Qasımov və Abidin Həsənlidən ibarət mikrocərrahi komanda, anestezoloqlar Mail Sədiyev və Dayaq Əhmədlinin iştirakı ilə kompleks rekonstruktiv əməliyyat həyata keçirilib.

Əməliyyat zamanı bilək və əl daraqlarının sümük strukturları anatomik vəziyyətdə reduksiya edilərək daxili fiksasiya olunub. Daha sonra fleksor və ekstensor tendonlar, radial və ulnar arteriyalar, median və ulnar sinirlər, eləcə də müvafiq damar və sinir strukturları mikrocərrahi üsulla bərpa edilib.

Təxminən 8 saat davam edən əməliyyatın bütün mərhələləri uğurla tamamlanıb.

Əməliyyatdan sonra uşaq 24 saat reanimasiya şəraitində intensiv monitorinq altında saxlanılıb, vəziyyəti stabil olduqdan sonra postoperativ dövrün ikinci günü palataya köçürülüb.

Hazırda uşağın ümumi vəziyyətinin qənaətbəxş olduğu, rekonstruksiya edilmiş sol yuxarı ətrafın klinik vəziyyətində müsbət dinamikanın müşahidə edildiyi bildirilib.

Həkimlərin sözlərinə görə, ətrafın sağ qalması baxımından kritik postoperativ mərhələ uğurla keçilib. Uşaq uzunmüddətli funksional bərpa məqsədilə mərhələli reabilitasiya proqramına cəlb edilib.

Oxşar xəbərlər
Oxşar xəbərlər
Səhiyyə Nazirliyinin mətbuat xidmətinin rəhbəri vəzifəsindən azad edilib
Cəmiyyət 18:49
Səhiyyə Nazirliyinin mətbuat xidmətinin rəhbəri vəzifəsindən azad edilib
Prezidentdən daşınmaz əmlakla bağlı- fərman
Cəmiyyət 17:42
Prezidentdən daşınmaz əmlakla bağlı- fərman
Bakı Şəhər Statistika İdarəsinin rəisi vəzifəsindən azad edilib
Cəmiyyət 17:12
Bakı Şəhər Statistika İdarəsinin rəisi vəzifəsindən azad edilib
Ölkə üzrə ən çox nikahdankənar uşaq Cəlilabadda doğulub
Cəmiyyət 16:44
Ölkə üzrə ən çox nikahdankənar uşaq Cəlilabadda doğulub
Prezident Maliyyə Nazirliyinin bir funksiyasını ləğv edib
Cəmiyyət 16:32
Prezident Maliyyə Nazirliyinin bir funksiyasını ləğv edib
Nikahsız doğulan hər 100 uşaqdan 3-ü beşinci və daha çox uşaqdır - statistika
Cəmiyyət 16:04
Nikahsız doğulan hər 100 uşaqdan 3-ü beşinci və daha çox uşaqdır - statistika
Azərbaycanda 15-19 yaşlı qadınlar arasında doğum əmsalı 13% azalıb
Cəmiyyət 15:50
Azərbaycanda 15-19 yaşlı qadınlar arasında doğum əmsalı 13% azalıb
Bakıda əmək yarmarkasında 150 müəssisə 1 000-dən çox vakansiya təqdim edib
Cəmiyyət 15:45
Bakıda əmək yarmarkasında 150 müəssisə 1 000-dən çox vakansiya təqdim edib


Ramiz Mehdiyev AMEA-nın həqiqi üzvlüyündən çıxarılıb
Cəmiyyət 14:57
Ramiz Mehdiyev AMEA-nın həqiqi üzvlüyündən çıxarılıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol