Ağcabədidə pendir istehsalı müəssisəsinin fəaliyyəti məhdudlaşdırılıb
Ağcabədi rayonunun Hacıbədəlli kəndində fəaliyyət göstərən pendir istehsalı müəssisəsində yoxlama keçirilib. Bu barədə Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyi (AQTA) məlumat yayıb.
Baxış zamanı istehsal müəssisəsinin icazəsi olmadan qanunsuz fəaliyyət göstərdiyi, etiketləmə, sanitar-gigiyenik tələblər və təmizliklə bağlı bir sıra nöqsanlar aşkarlanıb.
Faktla bağlı inzibati protokol tərtib edilib, müəssisənin fəaliyyəti məhdudlaşdırılıb, sahikara icrası məcburi göstərişlər verilib.
Son xəbərlər
Daha çox