• $
  • £

Səhiyyə Nazirliyi kosmetik məhsul alarkən diqqətli olmağa çağırıb

Səhiyyə Nazirliyi kosmetik məhsul alarkən diqqətli olmağa çağırıb
07.09.2026 11:54

 

Kosmetik məhsullar alarkən onların gigiyenik sertifikatının qüvvədə olma müddətinə, qablaşdırılmasına və son istifadə tarixinə diqqət yetirmək tövsiyə olunur.

Bunu Səhiyyə Nazirliyinin Respublika Sanitariya-Karantin Mərkəzinin həkim-gigiyenisti Orxan İsmayılov bildirib.

Onun sözlərinə görə, istehlakçının məhsulun təhlükəsizliyi ilə bağlı şübhəsi yarandıqda satıcıdan həmin məhsula aid gigiyenik sertifikatı tələb etmək hüququ var.

İsmayılov bildirib ki, kosmetik vasitələr dəri ilə birbaşa təmasda olduğundan onların düzgün seçilməməsi allergik reaksiyalara və dəri xəstəliklərinə səbəb ola bilər. O, qablaşdırmada istehsal və son istifadə tarixlərinin aydın göstərilməsinə diqqət yetirməyi, tarixi silinmiş məhsulları almamağı tövsiyə edib.

Gigiyenistin sözlərinə görə, qablaşdırmadakı açıq krem qabı simvolu və onun üzərindəki “6M”, “12M” kimi işarələr məhsulun qablaşdırması açıldıqdan sonra neçə ay ərzində istifadə oluna biləcəyini göstərir.

O, həmçinin kosmetik vasitələrin tərkibinin diqqətlə oxunmasının vacib olduğunu qeyd edib. Sintetik ətir maddələrinin həssas dəridə allergik reaksiyalara və qızartıya səbəb ola biləcəyini bildirən İsmayılov məhsulların tərkibinin, xüsusilə etiketin son hissəsinin diqqətlə nəzərdən keçirilməsini tövsiyə edib.

İsmayılov saxta və keyfiyyətsiz kosmetik məhsulların, xüsusilə dodaq boyası və göz kölgələrinin tərkibində ağır metalların ola biləcəyini də bildirib. Onun sözlərinə görə, kosmetik məhsulların mağazada güclü işıq və istilik mənbələrinin altında saxlanılmamasına diqqət yetirilməlidir.

Həkim-gigiyenist makiyaj və kosmetik vasitələrin başqa şəxslərlə paylaşılmamasını da tövsiyə edib.

“Makiyaj məhsullarının paylaşılması bakteriya, virus və göbələklərin bir şəxsdən digərinə keçməsinə səbəb ola bilər”, - deyə o bildirib.

Onun sözlərinə görə, xüsusilə tuş, göz qələmi, göz kölgəsi fırçaları, dodaq boyası, dodaq parıldadıcısı, dodaq qələmləri, tonal krem süngərləri və makiyaj fırçalarının ortaq istifadəsi infeksiya riskini artırır.

İsmayılov qeyd edib ki, kosmetik vasitələrin fərdi istifadəsi sağlamlıq baxımından ən təhlükəsiz seçimdir.

Oxşar xəbərlər
Oxşar xəbərlər
Bakı-Həştərxan uçuşları sentyabrın 30-da bərpa olunacaq
Cəmiyyət 16:50
Bakı-Həştərxan uçuşları sentyabrın 30-da bərpa olunacaq
Yerli universitetlərdə bərpa olunan enerji sahəsində təhsilə dəstək
Cəmiyyət 16:46
Yerli universitetlərdə bərpa olunan enerji sahəsində təhsilə dəstək
Anar Məmmədliyə 13 il, Anar Abdullayevə 12 il həbs cəzası verilib
Cəmiyyət 16:42
Anar Məmmədliyə 13 il, Anar Abdullayevə 12 il həbs cəzası verilib
Bəzi yerlərə leysan yağır - faktiki hava açıqlanıb
Cəmiyyət 16:35
Bəzi yerlərə leysan yağır - faktiki hava açıqlanıb
Azercell və ADA Universiteti tələbələr üçün süni intellekt üzrə praktiki təlim proqramı həyata keçirdi
Cəmiyyət 15:43
Azercell və ADA Universiteti tələbələr üçün süni intellekt üzrə praktiki təlim proqramı həyata keçirdi
Lənkəranda 67 yaşlı həkimin əmək müqaviləsinə xitam verilməsi araşdırılır
Cəmiyyət 15:33
Lənkəranda 67 yaşlı həkimin əmək müqaviləsinə xitam verilməsi araşdırılır
Azad edilmiş ərazilərdə bir həftədə 1 558 mina və PHS zərərsizləşdirilib
Cəmiyyət 15:23
Azad edilmiş ərazilərdə bir həftədə 1 558 mina və PHS zərərsizləşdirilib
“44” filminin premyera tarixi açıqlanıb
Cəmiyyət 15:06
“44” filminin premyera tarixi açıqlanıb
Azərbaycan regional yaşıl enerji dəhlizlərini inkişaf etdirir
Cəmiyyət 14:03
Azərbaycan regional yaşıl enerji dəhlizlərini inkişaf etdirir
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol