• $
  • £

Yerli universitetlərdə bərpa olunan enerji sahəsində təhsilə dəstək

Yerli universitetlərdə bərpa olunan enerji sahəsində təhsilə dəstək
07.09.2026 16:46

 

Bu gün bp Azərbaycan Dövlət Neft və Sənaye Universitetinə (ADNSU) müasir bərpa olunan enerji laboratoriyası hədiyyə edib. Bu, şirkətin Azərbaycanda bərpa olunan enerji sahəsində təhsil və bacarıqların inkişafına verdiyi dəstəyin növbəti mühüm mərhələsidir.

Laboratoriyanın yaradılması bp-nin bərpa olunan enerji sahəsində ixtisaslaşan yeni nəsil yerli mühəndislərin hazırlanmasına yönəlmiş 2 milyon dollarlıq sosial sərmayə təşəbbüsünün yekun hissəsidir.                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                  

Təşəbbüs 2021-ci ildə Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi və bp arasında yerli universitetlərin birində bərpa olunan enerji mənbələri üzrə proqramın yaradılması ilə bağlı imzalanmış əməkdaşlıq haqqında niyyət protokoluna əsaslanır. Bunun ardınca bp ilə ADNSU arasında bərpa olunan enerji mənbələri üzrə yeni ali təhsil proqramının yaradılması üçün saziş imzalanıb və nəticədə 2023-cü ildə ADNSU tərəfindən Böyük Britaniyanın Uorik (Warwick) Universiteti ilə tərəfdaşlıqda həyata keçirilən bərpa olunan enerji üzrə ikili diplom magistr proqramı təsis edilib.

Yeni laboratoriya bərpa olunan enerji sahəsində üç əsas istiqamət olan günəş, külək və hidrogen enerjisi üzrə tədris, təlim və tətbiqi tədqiqat fəaliyyətlərini dəstəkləmək məqsədilə yaradılıb. Qabaqcıl eksperimental və simulyasiya sistemləri ilə təchiz edilmiş bu laboratoriya tələbələrə, müəllimlərə və tədqiqatçılara praktiki təcrübələr aparmaq, nəzarət olunan şəraitdə ölçmələr həyata keçirmək, enerjinin çevrilməsi proseslərini müşahidə etmək və ixtisaslaşmış proqram təminatı vasitələrindən istifadə etməklə sistemlərin icra göstəricilərini təhlil etmək imkanı yaradır.

Laboratoriya sənayedə istifadə olunan müvafiq texnologiyalara və praktiki təlim imkanlarına çıxış təmin etməklə akademik biliklərin enerji sahəsində real tətbiqi ilə əlaqələndirilməsinə kömək edəcək. Laboratoriyanın inteqrasiya olunmuş şəkildə layihələndirilməsi həmçinin bərpa olunan enerjinin hər üç istiqaməti üzrə fənlərarası tədris və tədqiqat fəaliyyətlərinin aparılmasına imkan verir.

Layihə çərçivəsində bp laboratoriyanın səmərəli fəaliyyəti üçün lazım olan infrastrukturun və resursların təmin edilməsinə də dəstək göstərib. Bura İT avadanlıqlarının, proqram təminatı lisenziyalarının, mebel təchizatının, ilk tibbi yardım və təhlükəsizlik avadanlıqlarının təmin olunması, eləcə də laboratoriya sahəsinə aid tikinti və təmir-bərpa işlərinin həyata keçirilməsi daxildir.

Laboratoriyanın açılış mərasimində çıxış edən bp-nin Xəzər, Mərkəzi Asiya və Türkiyə regionu üzrə vitse-prezidenti Bəxtiyar Aslanbəyli dedi: “Gələcəyin enerji sistemlərinin tələb etdiyi bilik və bacarıqların inkişafı üçün həm insan kapitalına, həm də təhsil infrastrukturuna sərmayə qoymaq olduqca vacibdir. Bərpa olunan enerji üzrə magistr proqramına dəstək verməkdə və ADNSU-da bu yeni laboratoriyanı yaratmaqda məqsədimiz tələbə və tədqiqatçılar üçün sürətlə dəyişən enerji sektorunda əhəmiyyəti getdikcə artan texnologiyalar üzrə praktiki təcrübə imkanı yaratmaqdır. Ümid edirik ki, bu təşəbbüs ölkədə bərpa olunan enerji sahəsində bacarıqların artırılmasına, tədqiqat və tədris imkanlarının gücləndirilməsinə və Azərbaycanın enerji keçidini dəstəkləyəcək yüksək səviyyəli mütəxəssislərin hazırlanmasına töhfə verəcək.”

bp-nin magistr proqramına dəstəyi bərpa olunan enerji laboratoriyasının yaradılması və müvafiq infrastruktur və avadanlığın təmin edilməsindən əlavə aşağıdakı fəaliyyətləri də əhatə edib:

  • Yerli akademik potensialın gücləndirilməsi üçün bacarıqların artırılması və professor-müəllim heyətinin inkişafına yönəlmiş tədbirlər. Bura ADNSU-nun akademik heyətinin 45 üzvü üçün ingilis dili təlimləri və Uorik Universiteti ilə bilik və təcrübə mübadiləsi imkanlarının yaradılması daxildir.
  • Proqram üzrə ümumilikdə 70 nəfər tələbədən ibarət birinci və ikinci tədris qruplarına dəstək, o cümlədən qonaq professorların iştirakı və ADNSU tələbələri üçün Böyük Britaniyada yay məktəbi proqramına qatılmaq imkanı.

 

Redaktorlar üçün qeydlər

bp şirkəti Azərbaycanda 34 ildir ki, neft və qazın kəşfiyyatı, işlənməsi və nəqli üzrə iri layihələrin əməliyyatçısıdır və bu layihələrin icrasını təhlükəsiz, səmərəli və etibarlı şəkildə həyata keçirir. Bu vaxtadək bp öz tərəfdaşları ilə birlikdə ölkədə icraçısı olduğu layihələrə 89 milyard dollardan çox sərmayə qoyub. Azərbaycanda biz ən çox töhfə verə biləcəyimizə inandığımız sahələrə yönəlməklə dayanıqlı inkişaf təşəbbüslərinə dəstək vermək öhdəliyi götürmüşük.

bp-nin ölkədə həyata keçirdiyi geniş sosial sərmayə fəaliyyətləri və bacarıqların inkişaf etdirilməsi istiqamətindəki səyləri insanlara əhəmiyyətli faydalar gətirməklə, onların həyatını yaxşılaşdırıb və dəyişdirib.

Şirkətin sosial sərmayələri yerli potensialın yaradılması, təhsil, icmaların inkişafı, yerli sahibkarlıq, ətraf mühit, idman potensialının artırılması, habelə ölkənin zəngin mədəni irsinin tədqiqi və təbliği kimi sahələrə yönəlib. Fəaliyyətə başladığı vaxtdan indiyədək bp özü və onun əməliyyatçısı olduğu birgə layihələrdəki tərəfdaşları adından ölkədəki sosial sərmayə layihələrinə ümumilikdə 115 milyon ABŞ dollarından çox vəsait xərcləmişdir.

Azərbaycanda bp şirkətində təxminən 2363 Azərbaycan vətəndaşı çalışır və bu da, şirkətin ixtisaslı işçi heyətinin 90 faizindən çoxunu təşkil edir.

bp və tərəfdaşlarının sosial sərmayə layihələri barədə ətraflı məlumat əldə etmək üçün www.bp.com/azerbaijan vebsaytına daxil olun.

 

Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycanda aktiv vergi ödəyicilərinin sayı 895,3 minə çatıb
Cəmiyyət 17:39
Azərbaycanda aktiv vergi ödəyicilərinin sayı 895,3 minə çatıb
Nəsimi rayonunda soyğunçuluq törətməkdə şübhəli bilinən şəxs saxlanılıb
Cəmiyyət 17:14
Nəsimi rayonunda soyğunçuluq törətməkdə şübhəli bilinən şəxs saxlanılıb
Bakı-Həştərxan uçuşları sentyabrın 30-da bərpa olunacaq
Cəmiyyət 16:50
Bakı-Həştərxan uçuşları sentyabrın 30-da bərpa olunacaq
Yerli universitetlərdə bərpa olunan enerji sahəsində təhsilə dəstək
Cəmiyyət 16:46
Yerli universitetlərdə bərpa olunan enerji sahəsində təhsilə dəstək
Anar Məmmədliyə 13 il, Anar Abdullayevə 12 il həbs cəzası verilib
Cəmiyyət 16:42
Anar Məmmədliyə 13 il, Anar Abdullayevə 12 il həbs cəzası verilib
Bəzi yerlərə leysan yağır - faktiki hava açıqlanıb
Cəmiyyət 16:35
Bəzi yerlərə leysan yağır - faktiki hava açıqlanıb
Azercell və ADA Universiteti tələbələr üçün süni intellekt üzrə praktiki təlim proqramı həyata keçirdi
Cəmiyyət 15:43
Azercell və ADA Universiteti tələbələr üçün süni intellekt üzrə praktiki təlim proqramı həyata keçirdi
Lənkəranda 67 yaşlı həkimin əmək müqaviləsinə xitam verilməsi araşdırılır
Cəmiyyət 15:33
Lənkəranda 67 yaşlı həkimin əmək müqaviləsinə xitam verilməsi araşdırılır
Azad edilmiş ərazilərdə bir həftədə 1 558 mina və PHS zərərsizləşdirilib
Cəmiyyət 15:23
Azad edilmiş ərazilərdə bir həftədə 1 558 mina və PHS zərərsizləşdirilib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol