Nəsimi rayonunda soyğunçuluq törətməkdə şübhəli bilinən şəxs saxlanılıb
Bakının Nəsimi rayonunda soyğunçuluq törətməkdə şübhəli bilinən 22 yaşlı E.Kərimov saxlanılıb. Bu barədə Daxili İşlər Nazirliyindən bildirilib.
Naməlum şəxs zərərçəkənə zor tətbiq edərək pulunu götürüb və hadisə yerindən uzaqlaşıb.
Daxili İşlər Nazirliyinin məlumatına görə, polis əməkdaşlarının keçirdiyi tədbirlər nəticəsində əvvəllər məhkum olunmuş E.Kərimov müəyyən edilərək tutulub.
Faktla bağlı cinayət işi başlanıb, araşdırma davam etdirilir.
Oxşar xəbərlər
Oxşar xəbərlər