• $
  • €
  • ₽
  • ₺
  • £

Valideynlərin 63%-i övladından həftədə azı bir dəfə gününün necə keçdiyini soruşur

Valideynlərin 63%-i övladından həftədə azı bir dəfə gününün necə keçdiyini soruşur
08.09.2026 14:06

Övladının təhsili ilə mütəmadi maraqlanan valideynlərin uşaqları PISA qiymətləndirməsinin riyaziyyat istiqamətində daha yüksək nəticə göstəriblər. Bunu elm və təhsil naziri Emin Əmrullayev PISA 2025 - Şagird Qiymətləndirilməsi üzrə Beynəlxalq Proqramın nəticələrinin təqdimatında deyib.


Valideynləri həftədə ən azı bir dəfə onlarla necə oxuduqlarını müzakirə edən şagirdlər riyaziyyat üzrə orta hesabla 449 bal toplayıb. Belə müzakirələrin heç vaxt aparılmadığı ailələrdən olan şagirdlərin nəticəsi isə 397 bal olub. Fərq 52 bal təşkil edib.

Övladının nə öyrəndiyi ilə həftədə azı bir dəfə maraqlanan valideynlərin uşaqları 451, bunu heç vaxt etməyənlərin uşaqları isə 409 bal toplayıb. Bu iki qrup arasında 42 ballıq fərq qeydə alınıb.

Valideynləri onlardan gün ərzində nə etdiklərini mütəmadi soruşan şagirdlərin orta nəticəsi 451 bal olub.

Belə ünsiyyətin olmadığı halda göstərici 413 bala düşüb - fərq 38 baldır.

PISA nəticələrinə görə, valideynlərin 63%-i övladından həftədə ən azı bir dəfə həmin gün nə etdiyini soruşur.

Valideynlərin 56%-i uşağın nə öyrəndiyi ilə maraqlanır, 55%-i isə onun necə oxuduğunu müzakirə edir.

Gülnar Nazimqızı

Oxşar xəbərlər
Oxşar xəbərlər
Yollarda görünüş 500 metrədək məhdudlaşacaq
Cəmiyyət 14:15
Yollarda görünüş 500 metrədək məhdudlaşacaq
Sabahın hava proqnozu
Cəmiyyət 12:30
Sabahın hava proqnozu
Naxçıvanda iki avtomobil toqquşub, 6 nəfər xəsarət alıb
Cəmiyyət 11:29
Naxçıvanda iki avtomobil toqquşub, 6 nəfər xəsarət alıb
Azərbaycanın bəzi rayonlarına qar yağıb - FAKTİKİ HAVA
Cəmiyyət 11:12
Azərbaycanın bəzi rayonlarına qar yağıb - FAKTİKİ HAVA
Salyanda evə düşən ildırım yanğına səbəb olub
Cəmiyyət 10:10
Salyanda evə düşən ildırım yanğına səbəb olub
Fransa polisi qiymət artımına qarşı aksiyalarda 1 000-ə yaxın şəxsi saxlayıb
Cəmiyyət 23:35
Fransa polisi qiymət artımına qarşı aksiyalarda 1 000-ə yaxın şəxsi saxlayıb
Tovuzda avtomobil piyadanı vurub, yaralının vəziyyəti ağırdır
Cəmiyyət 22:30
Tovuzda avtomobil piyadanı vurub, yaralının vəziyyəti ağırdır
Bakıda Zeytun Festivalının rəsmi açılışı olub
Cəmiyyət 21:47
Bakıda Zeytun Festivalının rəsmi açılışı olub
Kütləvi davadan sonra gizlənənləri DTX saxlayıb
Cəmiyyət 19:41
Kütləvi davadan sonra gizlənənləri DTX saxlayıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol