• $
  • €
  • ₽
  • ₺
  • £

Elnur Məmmədov ABŞ-nin Ermənistandakı müvəqqəti işlər vəkili ilə TRIPP-in icrasını müzakirə edib

Elnur Məmmədov ABŞ-nin Ermənistandakı müvəqqəti işlər vəkili ilə TRIPP-in icrasını müzakirə edib
08.09.2026 18:49

Azərbaycan xarici işlər nazirinin müavini Elnur Məmmədov ölkədə səfərdə olan ABŞ-nin Ermənistandakı müvəqqəti işlər vəkili Deyvid Aleni qəbul edib.Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyi məlumat yayıb.

Görüşdə Azərbaycan və Ermənistan arasında münasibətlərin normallaşması, sülh prosesinin irəlilədilməsi, uzunmüddətli və dayanıqlı sülhün təmin olunması, eləcə də regionda sabitlik və təhlükəsizliyin möhkəmləndirilməsi istiqamətində atılan addımlar müzakirə edilib.

Eyni zamanda Elnur Məmmədovun Vaşinqton Sülh Sammitinin ildönümü münasibətilə ABŞ-yə etdiyi səfərin nəticələri və imzalanmış üçtərəfli bəyanat, "Beynəlxalq Sülh və Rifah naminə Tramp Marşrutunun" (TRIPP) icrası istiqamətində aparılan fəaliyyət, habelə marşrutla bağlı infrastrukturun inşasına rəhbərlik edəcək TRIPP İnkişaf Şirkətinin yaradılması məsələləri ətrafında fikir mübadiləsi aparılıb.

Bundan əlavə, Azərbaycan-ABŞ ikitərəfli gündəliyi və Strateji Tərəfdaşlıq Xartiyasında əks olunmuş istiqamətlər üzrə gələcək əməkdaşlıq perspektivlərinə nəzər salınıb.

Görüşdə ABŞ-nin Azərbaycandakı müvəqqəti işlər vəkili Emi Karlon da iştirak edib.

Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycanda altıncı sosial islahat paketi hazırlanır - nazir
Siyasət 11:50
Azərbaycanda altıncı sosial islahat paketi hazırlanır - nazir

Azərbaycan və Hindistan XİN rəhbərlərinin görüşü başlayıb
Siyasət 11:21
Azərbaycan və Hindistan XİN rəhbərlərinin görüşü başlayıb
KTMT Ermənistanın üzvlüyü ilə bağlı qərar qəbul edə bilər
Siyasət 09:27
KTMT Ermənistanın üzvlüyü ilə bağlı qərar qəbul edə bilər
2027-ci ilin dövlət büdcəsi layihəsi Milli Məclisə daxil olub
Siyasət 09:19
2027-ci ilin dövlət büdcəsi layihəsi Milli Məclisə daxil olub
Azərbaycanla Norveç arasında siyasi məsləhətləşmələr keçirilib
Siyasət 18:56
Azərbaycanla Norveç arasında siyasi məsləhətləşmələr keçirilib
Paşinyan sülh müqaviləsinin imzalanmasından danışıb
Siyasət 13:14
Paşinyan sülh müqaviləsinin imzalanmasından danışıb
Prezident Xankəndinə təyin etdiyi xüsusi nümayəndəni vəzifəsindən azad edib
Siyasət 12:21
Prezident Xankəndinə təyin etdiyi xüsusi nümayəndəni vəzifəsindən azad edib
Prezidentdən yeni təyinat - sərəncam
Siyasət 12:19
Prezidentdən yeni təyinat - sərəncam
Milli Məclis Fransada insan hüquqlarının pozulması halları ilə bağlı çağırış edib
Siyasət 11:58
Milli Məclis Fransada insan hüquqlarının pozulması halları ilə bağlı çağırış edib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol