• $
  • €
  • ₽
  • ₺
  • £

Dünyada intiharların 73%-i aşağı və orta gəlirli ölkələrdə baş verir

Dünyada intiharların 73%-i aşağı və orta gəlirli ölkələrdə baş verir
10.09.2026 14:06

Dünyada hər il təxminən 727 min insan intihar nəticəsində həyatını itirir və bu ölümlərin təxminən dörddə üçü aşağı və orta gəlirli ölkələrin payına düşür. Bu barədə Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) son qlobal hesabatında bildirilir.

ÜST-ün hesabatına görə, intihar 15-29 yaşlı insanlar arasında üçüncü əsas ölüm səbəbidir. Həmin yaş qrupunda bu göstərici qadınlar arasında ikinci, kişilər arasında isə üçüncü yerdədir.

Hesabatda bildirilir ki, 2021-ci ildə dünyada baş verən intiharların 56%-i 50 yaşına çatmamış insanlar arasında qeydə alınıb. Ümumi halların 73%-i aşağı və orta gəlirli ölkələrin payına düşüb.

ÜST-nin məlumatına görə, hər intihar hadisəsinə qarşılıq daha çox sayda intihara cəhd baş verir. Əvvəllər intihara cəhd etmiş şəxslər yüksək risk qrupuna daxildir.

Təşkilat intihara səbəb olan amillərin sosial, iqtisadi, mədəni, bioloji, psixoloji və ətraf mühitlə bağlı səbəbləri əhatə etdiyini bildirir. Maliyyə çətinlikləri, münasibətlərdə problemlər, xroniki ağrı və xəstəlik, münaqişə, zorakılıq, itki və sosial təcrid risk amilləri sırasında göstərilir.


ÜST intiharın qarşısının alınması üçün təhlükəli vasitələrə çıxışın məhdudlaşdırılmasını, medianın bu mövzunu məsuliyyətlə işıqlandırmasını, yeniyetmələrdə sosial-emosional bacarıqların inkişaf etdirilməsini, risk altında olan şəxslərin erkən müəyyənləşdirilməsini və davamlı tibbi-psixoloji müşayiətini tövsiyə edir.


Lakin təşkilatın məlumatına görə, indiyədək yalnız 38 ölkə intiharın qarşısının alınmasına dair milli strategiyasının olduğunu bildirib. ÜST-yə üzv ölkələrin təxminən 80-də ölüm səbəblərinə dair etibarlı qeydiyyat sistemi mövcuddur.


Bu səbəbdən intihar hallarının xüsusilə stiqmanın güclü olduğu və ya intihara cəhdin cinayət sayıldığı ölkələrdə natamam qeydə alınması və başqa ölüm səbəbi kimi təsnif edilməsi ehtimalı yüksəkdir.


Sentyabrın 10-u Ümumdünya İntiharın Qarşısının Alınması Günü kimi qeyd edilir. Bu gün 2003-cü ildən Beynəlxalq İntiharın Qarşısının Alınması Assosiasiyasının təşəbbüsü və ÜST-nin dəstəyi ilə keçirilir.


Təşəbbüsün məqsədi intiharın qarşısının alına bilən ictimai səhiyyə problemi olduğuna diqqət çəkmək, mövzu ilə bağlı stiqmanı azaltmaq və risk altında olan insanların vaxtında yardım almasını təşviq etməkdir.


2024-2026-cı illəri əhatə edən kampaniya “İntihar haqqında təsəvvürü dəyişək” şüarı altında keçirilir. Kampaniya intihar mövzusunun susqunluq və qınaq mühitindən çıxarılaraq açıq, həssas və məsuliyyətli şəkildə müzakirə olunmasına çağırır.


ÜST bildirir ki, vaxtında göstərilən, elmi sübutlara əsaslanan və əksər hallarda az xərc tələb edən müdaxilələrlə intiharların qarşısını almaq mümkündür. Təşkilat bunun üçün ölkələri kompleks milli strategiyalar qəbul etməyə və psixoloji yardımı ilkin səhiyyə xidmətlərinə inteqrasiya etməyə çağırır.

Azərbaycanda intiharlarla bağlı sonuncu statstika 2024-cü ildə Nazirlər Kabinetinin illik hesabatında açıqlanıb. Həmin il ölkədə 639 intihar və 811 intihara cəhd hadisəsi qeydə alınıb. İntihar nəticəsində ölənlərin 42-si yetkinlik yaşına çatmayan şəxslər olub. İntiharların sayı 2023-cü ildəki 620 hadisə ilə müqayisədə 3,1% artıb.

Gülnar Nazimqızı 

Oxşar xəbərlər
Oxşar xəbərlər


Ramiz Mehdiyev AMEA-nın həqiqi üzvlüyündən çıxarılıb
Cəmiyyət 14:57
Ramiz Mehdiyev AMEA-nın həqiqi üzvlüyündən çıxarılıb


Azərbaycanda bu müdirlər 5 min manatcərimələnə bilər
Cəmiyyət 14:34
Azərbaycanda bu müdirlər 5 min manatcərimələnə bilər

Zaqatalada iş adamı milyonluq dələduzluqla bağlı həbs edilib
Cəmiyyət 14:16
Zaqatalada iş adamı milyonluq dələduzluqla bağlı həbs edilib
В Загатале предпринимателя обвиняют в мошенничестве на миллион манатов
Cəmiyyət 14:00
В Загатале предпринимателя обвиняют в мошенничестве на миллион манатов

ABŞ gələn həftə İrana qarşı hərbi əməliyyatlar başlaya bilər
Cəmiyyət 13:33
ABŞ gələn həftə İrana qarşı hərbi əməliyyatlar başlaya bilər

Külli miqdarda narkotik vasitənin tranzit yolla keçirilməsinin qarşısı alınıb
Cəmiyyət 13:28
Külli miqdarda narkotik vasitənin tranzit yolla keçirilməsinin qarşısı alınıb


Hökməli-Qobu-Güzdək yolunun bir hissəsində hərəkət məhdudlaşdırılıb
Cəmiyyət 13:14
Hökməli-Qobu-Güzdək yolunun bir hissəsində hərəkət məhdudlaşdırılıb

PAŞA Bank “Miles&Smiles PASHA Bank” kart sahibləri üçün yeni bonus mil proqramına start verib
Cəmiyyət 12:52
PAŞA Bank “Miles&Smiles PASHA Bank” kart sahibləri üçün yeni bonus mil proqramına start verib

Sabah yağış yağacaq
Cəmiyyət 12:24
Sabah yağış yağacaq
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol