• $
  • £

Millimiz zəiflərin arasında

Millimiz zəiflərin arasında
25.11.2013 21:11

17 yaşadək futbolçular arasında Avropa çempionatının seçmə mərhələsinin püşkatma mərasiminin vaxtı müəyyənləşib. Fanat.az xəbər verir ki, noyabrın 28-də UEFA-nın İsveçrənin Nyon şəhərindəki mənzil-qərargahında baş tutacaq tədbir Bakı vaxtı ilə saat 12.00-da başlayacaq. 

Seçmə mərhələdə 52 komanda müəyyənləşəcək. Onlar hər birində 4 komanda olan 13 qrupa bölünəcək. 2015-ci ildəki çempionatın ev sahibi Bolqarıstan və ən yüksək reytinqə malik olan Almaniya seçmə mərhələdən azaddı. 

UEFA püşkatmadan öncə komandaları reytinqinə görə iki səbətə bölüb. Azərbaycan millisi nisbətən zəiflərin yer aldığı B səbətindədi. 

Hər qrupdan ilk 2 yerin sahibi və ən yaxşı göstəriciyə malik 3-cü komanda elit-raunda yüksələcək. Onlara burda Almaniya millisi qoşulacaq.

Qeyd edək ki, 2014-cü ildə Avropa çempionatı Maltada keçiriləcək. Bu çempionatın seçmə mərhələsində Azərbaycan millisi 10-cu qrupda mübarizə aparıb. İslandiya, Rusiya və Slovakiyadan geri qalan yığmamız qrup sonuncusu olub.

A səbəti: Hollandiya, İngiltərə, Fransa, Macarıstan, İtaliya, Danimarka, Rusiya, Çexiya, İspaniya, Serbiya, Portuqaliya, Gürcüstan, Xorvatiya, Norveç, İsveçrə, Belçika, Polşa, Ukrayna, İsveç, Şotlandiya, İrlandiya, İslandiya, Belarus, Avstriya, Slovakiya, Türkiyə.

B səbəti: Yunanıstan, Rumıniya, Şimali İrlandiya, İsrail, Finlandiya, Albaniya, Bosniya və Hersoqovina, Sloveniya, Litva, Lüksemburq, Qazaxıstan, Monteneqro, Latviya, Estoniya, Makedoniya, Azərbaycan, Ermənistan, Uels, Moldova, Kipr, Farer adaları, Andorra, San-Marino, Malta, Lixtenşteyn, Cəbəllütariq.

Fanat.az

Oxşar xəbərlər
Oxşar xəbərlər
Bakıda yelkən idmanı üzrə "Prezident Kuboku" keçiriləcək
İdman 11:51
Bakıda yelkən idmanı üzrə "Prezident Kuboku" keçiriləcək
“Neftçi” – “Qarabağ” matçının biletləri satışa çıxarıldı
İdman 21:50
“Neftçi” – “Qarabağ” matçının biletləri satışa çıxarıldı
“Qarabağ” “Neftçi”ni məğlub edib
İdman 20:59
“Qarabağ” “Neftçi”ni məğlub edib
Azərbaycanlı güləşçi Avropa çempionu olub
İdman 22:40
Azərbaycanlı güləşçi Avropa çempionu olub
“Neftçi” və “Qarabağ”dan azarkeşlərinə müraciət
İdman 16:29
“Neftçi” və “Qarabağ”dan azarkeşlərinə müraciət
"Sabah" Azərbaycan Kubokunda finala yüksəlib
İdman 22:20
"Sabah" Azərbaycan Kubokunda finala yüksəlib
“Sabah” - “Qarabağ” matçına bütün biletlər satılıb
İdman 18:17
“Sabah” - “Qarabağ” matçına bütün biletlər satılıb
AFFA “Neftçi”ni 26 min manatcərimələnib
İdman 12:14
AFFA “Neftçi”ni 26 min manatcərimələnib
Qurban Qurbanov Elvin Cəfərquliyevi əsas komandadan uzaqlaşdırıb
İdman 19:02
Qurban Qurbanov Elvin Cəfərquliyevi əsas komandadan uzaqlaşdırıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol