• $
  • €
  • ₽
  • ₺
  • £

Media hazır fikirlərin arxasınca sürünür - deputat

Media hazır fikirlərin arxasınca sürünür - deputat
11.09.2026 12:53

Azərbaycanda peşəkar media məzmununun azalması və keyfiyyətsiz xəbərlərin geniş yayılması ilə bağlı ictimai dinləmə keçirilməlidir. Bunu deputat Elçin Mirzəbəyli
Milli Məclisin elm və təhsil komitəsinin iclasında çıxışı zamanı bildirib.

“Hazırda media nümayəndələrini ən çox narahat edən məsələlərdən biri peşəkar məzmunun sıradan çıxmasıdır. Süzgəcdən keçirilməyən, cəfəngiyat xarakterli xəbərlər geniş yayılır. Medianın forması dəyişir, lakin təəssüf ki, məzmunu da dəyişir”, - Mirzəbəyli deyib.

Onun sözlərinə görə, informasiya bolluğu fikir kasadlığına gətirib çıxarıb.

“Xəbər bolluğu artır, amma bu bolluğun içərisində fikir qısırlığı yaranır. Media və jurnalistika artıq fikir istehsal etmir, hazır istehsal olunmuş fikrin arxasınca sürünür”, - deputat bildirib.

Mirzəbəyli “Media haqqında” qanun və əlaqəli qanunlar müzakirə olunarkən jurnalistlərlə bağlı bir sıra təkliflərin səsləndirildiyini xatırladaraq, bu mövzunun yenidən gündəmə gətirilməsini vacib sayıb.

Gülnar Nazimqızı

Oxşar xəbərlər
Oxşar xəbərlər
Salyanda evə düşən ildırım yanğına səbəb olub
Cəmiyyət 10:10
Salyanda evə düşən ildırım yanğına səbəb olub
Fransa polisi qiymət artımına qarşı aksiyalarda 1 000-ə yaxın şəxsi saxlayıb
Cəmiyyət 23:35
Fransa polisi qiymət artımına qarşı aksiyalarda 1 000-ə yaxın şəxsi saxlayıb
Tovuzda avtomobil piyadanı vurub, yaralının vəziyyəti ağırdır
Cəmiyyət 22:30
Tovuzda avtomobil piyadanı vurub, yaralının vəziyyəti ağırdır
Bakıda Zeytun Festivalının rəsmi açılışı olub
Cəmiyyət 21:47
Bakıda Zeytun Festivalının rəsmi açılışı olub
Kütləvi davadan sonra gizlənənləri DTX saxlayıb
Cəmiyyət 19:41
Kütləvi davadan sonra gizlənənləri DTX saxlayıb
İndoneziya Sinqapura kəmər qazı tədarükünü 9 faiz azaldıb
Cəmiyyət 19:00
İndoneziya Sinqapura kəmər qazı tədarükünü 9 faiz azaldıb
Azərbaycan bu ilin doqquz ayında tütün məhsullarının idxal və ixracını artırıb
Cəmiyyət 17:07
Azərbaycan bu ilin doqquz ayında tütün məhsullarının idxal və ixracını artırıb
Xəzər dənizində aşan qayıqdakı ikinci balıqçının cəsədi tapılıb
Cəmiyyət 16:16
Xəzər dənizində aşan qayıqdakı ikinci balıqçının cəsədi tapılıb
Azərbaycan bu ilin doqquz ayında kakao məhsullarının idxal və ixracını artırıb
Cəmiyyət 15:45
Azərbaycan bu ilin doqquz ayında kakao məhsullarının idxal və ixracını artırıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol