• $
  • €
  • ₽
  • ₺
  • £

Azad edilmiş ərazilərdə yeni tədris ilində 15 yeni təhsil müəssisəsi fəaliyyətə başlayacaq

Azad edilmiş ərazilərdə yeni tədris ilində 15 yeni təhsil müəssisəsi fəaliyyətə başlayacaq
14.09.2026 15:17

 

İşğaldan azad edilmiş ərazilərdə 2026–2027-ci tədris ilində daha 15 təhsil müəssisəsinin fəaliyyətə başlaması nəzərdə tutulur. Bu barədə elm və təhsil naziri Emin Əmrullayev jurnalistlər üçün keçirilən brifinqdə deyib.

Onun sözlərinə görə, yeni tədris ilində 11 məktəbəqədər və 4 ümumi təhsil müəssisəsi fəaliyyətə başlayacaq. Yeni müəssisələr Ağdam, Ağdərə, Xocalı, Cəbrayıl, Kəlbəcər, Xankəndi, Xocavənd və Zəngilan ərazilərində yerləşəcək.

2025–2026-cı tədris ilində azad edilmiş ərazilərdə 12 məktəbəqədər təhsil müəssisəsi fəaliyyət göstərib. Yeni müəssisələrlə onların sayı 23-ə çatacaq. Məktəbəqədər müəssisələrdə 408 uşağın təhsil alması və 123 əməkdaşın çalışması nəzərdə tutulur.

Ümumi təhsil müəssisələrinin sayı isə 25-dən 29-a yüksələcək. Bu müəssisələrdə 4 825 şagirdin təhsil alması və 700 nəfərlik işçi heyətinin fəaliyyət göstərməsi planlaşdırılır.

Gülnar Nazimqızı 

Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycanda 15-19 yaşlı qadınlar arasında doğum əmsalı 13% azalıb
Cəmiyyət 15:50
Azərbaycanda 15-19 yaşlı qadınlar arasında doğum əmsalı 13% azalıb
Bakıda əmək yarmarkasında 150 müəssisə 1 000-dən çox vakansiya təqdim edib
Cəmiyyət 15:45
Bakıda əmək yarmarkasında 150 müəssisə 1 000-dən çox vakansiya təqdim edib


Ramiz Mehdiyev AMEA-nın həqiqi üzvlüyündən çıxarılıb
Cəmiyyət 14:57
Ramiz Mehdiyev AMEA-nın həqiqi üzvlüyündən çıxarılıb


Azərbaycanda bu müdirlər 5 min manatcərimələnə bilər
Cəmiyyət 14:34
Azərbaycanda bu müdirlər 5 min manatcərimələnə bilər

Zaqatalada iş adamı milyonluq dələduzluqla bağlı həbs edilib
Cəmiyyət 14:16
Zaqatalada iş adamı milyonluq dələduzluqla bağlı həbs edilib
В Загатале предпринимателя обвиняют в мошенничестве на миллион манатов
Cəmiyyət 14:00
В Загатале предпринимателя обвиняют в мошенничестве на миллион манатов

ABŞ gələn həftə İrana qarşı hərbi əməliyyatlar başlaya bilər
Cəmiyyət 13:33
ABŞ gələn həftə İrana qarşı hərbi əməliyyatlar başlaya bilər

Külli miqdarda narkotik vasitənin tranzit yolla keçirilməsinin qarşısı alınıb
Cəmiyyət 13:28
Külli miqdarda narkotik vasitənin tranzit yolla keçirilməsinin qarşısı alınıb


Hökməli-Qobu-Güzdək yolunun bir hissəsində hərəkət məhdudlaşdırılıb
Cəmiyyət 13:14
Hökməli-Qobu-Güzdək yolunun bir hissəsində hərəkət məhdudlaşdırılıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol