• $
  • €
  • ₽
  • ₺
  • £

Sabahdan Bakıda dövlət qurumlarında iş rejimi dəyişir

Sabahdan Bakıda dövlət qurumlarında iş rejimi dəyişir
14.09.2026 18:11

Bakı şəhərində və ətraf ərazilərdə yerləşən dövlət orqanları, dövlət mülkiyyətində olan və ya səhmlərinin nəzarət zərfi dövlətə məxsus hüquqi şəxslər, həmçinin dövlət adından yaradılan publik hüquqi şəxslərdə dəyişkən iş qrafiki tətbiq ediləcək.Bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi məlumat yayıb.

Bildirilib ki, dəyişkən iş qrafiki sentyabrın 15-dən etibarən iki ay müddətində sınaq məqsədilə tətbiq olunacaq.

Sınaq müddətində iş vaxtı üç rejim üzrə təşkil ediləcək: 08:00-17:00, 09:00-18:00 və 09:30-18:30. Hər bir rejim üzrə işçilərin sayının ümumi əməkdaşların ən azı 30 faizini təşkil etməsi nəzərdə tutulur.

Nazirlik bildirib ki, sınaq müddətində nəqliyyat sıxlığı aidiyyəti dövlət orqanları tərəfindən qiymətləndiriləcək. Nəticələrin təhlilindən sonra iş rejiminin təşkili ilə bağlı yekun təkliflər hazırlanacaq.

Dəyişkən iş qrafikinin tətbiqi Azərbaycan Prezidentinin sərəncamı ilə təsdiq edilmiş “Bakı şəhərində və ətraf ərazilərdə nəqliyyat infrastrukturunun təkmilləşdirilməsinə dair 2025-2030-cu illər üçün Dövlət Proqramı”nda nəzərdə tutulan tapşırığa əsasən həyata keçirilir.

Oxşar xəbərlər
Oxşar xəbərlər
Ağcabədidə “Niva” mikroavtobusla toqquşub, xəsarət alanlar var
Cəmiyyət 16:10
Ağcabədidə “Niva” mikroavtobusla toqquşub, xəsarət alanlar var
Sabahın havası meteohəssas insanlar üçün əlverişlidir
Cəmiyyət 15:45
Sabahın havası meteohəssas insanlar üçün əlverişlidir
Sumqayıtda beş avtomobil toqquşub
Cəmiyyət 15:30
Sumqayıtda beş avtomobil toqquşub
Yollarda görünüş 500 metrədək məhdudlaşacaq
Cəmiyyət 14:15
Yollarda görünüş 500 metrədək məhdudlaşacaq
Sabahın hava proqnozu
Cəmiyyət 12:30
Sabahın hava proqnozu
Naxçıvanda iki avtomobil toqquşub, 6 nəfər xəsarət alıb
Cəmiyyət 11:29
Naxçıvanda iki avtomobil toqquşub, 6 nəfər xəsarət alıb
Azərbaycanın bəzi rayonlarına qar yağıb - FAKTİKİ HAVA
Cəmiyyət 11:12
Azərbaycanın bəzi rayonlarına qar yağıb - FAKTİKİ HAVA
Salyanda evə düşən ildırım yanğına səbəb olub
Cəmiyyət 10:10
Salyanda evə düşən ildırım yanğına səbəb olub
Fransa polisi qiymət artımına qarşı aksiyalarda 1 000-ə yaxın şəxsi saxlayıb
Cəmiyyət 23:35
Fransa polisi qiymət artımına qarşı aksiyalarda 1 000-ə yaxın şəxsi saxlayıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol