• $
  • €
  • ₽
  • ₺
  • £

İlham Əliyev Birləşmiş Ərəb Əmirliklərinin milli təhlükəsizlik müşavirini qəbul edib

İlham Əliyev Birləşmiş Ərəb Əmirliklərinin milli təhlükəsizlik müşavirini qəbul edib
14.09.2026 18:21

Azərbaycan Prezidenti İlham Əliyev sentyabrın 14-də Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) milli təhlükəsizlik müşaviri, Əbu-Dabi Əmirliyi hakim müavini Şeyx Tahnun bin Zayed Al Nəhyanı qəbul edib.

Şeyx Tahnun bin Zayed Al Nəhyan BƏƏ Prezidenti Şeyx Məhəmməd bin Zayed Al Nəhyanın salamlarını Azərbaycan Prezidentinə çatdırıb.

İlham Əliyev salamlarına görə təşəkkürünü bildirib və öz salamlarını BƏƏ Prezidentinə çatdırmağı xahiş edib.

Görüşdə Azərbaycan ilə BƏƏ arasında strateji tərəfdaşlıq münasibətlərinin uğurla inkişaf etdiyi, ikitərəfli əməkdaşlığın müxtəlif sahələrdə genişləndiyi bildirilib.

Münasibətlərin inkişafında iki ölkə prezidentlərinin şəxsi dostluq münasibətlərinin, qarşılıqlı səfərlərinin və görüşlərinin mühüm rol oynadığı vurğulanıb.

Tərəflər əməkdaşlıq məsələlərinin müzakirəsi baxımından BƏƏ-dən böyük nümayəndə heyətinin Azərbaycana səfərinin əhəmiyyətini qeyd ediblər.

Görüşdən sonra İlham Əliyev və Şeyx Tahnun bin Zayed Al Nəhyanın iştirakı ilə sənədlərin imzalanması mərasimi keçirilib.

Mərasimdə bərpaolunan enerji, investisiya, mədənçıxarma, data mərkəzləri, yüksək performanslı hesablama, süni intellekt infrastrukturu və təbii qaz sahələrində əməkdaşlığı nəzərdə tutan bir sıra sənədlər imzalanıb.

Sənədlər arasında “Masdar” ilə “Azərbaycan Yaşıl Enerji Şirkəti” MMC arasında bərpaolunan enerji layihələrinin işlənib hazırlanmasına dair əməkdaşlıq sazişi, Azərbaycan İnvestisiya Holdinqi ilə “L'IMAD HOLDING COMPANY PJSC” arasında strateji əməkdaşlıq sazişi, “AzerGold” QSC ilə “Terra Mining Ltd” arasında Naxçıvanın mineral-xammal potensialının və mədən sahələrinin birgə qiymətləndirilməsi və kəşfiyyatına dair saziş yer alıb.

Bundan əlavə, İqtisadiyyat Nazirliyi ilə “GROUP 42 Holding Ltd” arasında Azərbaycanda data mərkəzinin, yüksək performanslı hesablama və süni intellekt infrastrukturunun inkişafına dair anlaşma memorandumu, İqtisadiyyat Nazirliyi ilə “XRG SGC LIMITED” arasında “Cənub Qaz Dəhlizi” QSC ilə bağlı səhmdarlar müqaviləsi imzalanıb.

Həmçinin Energetika Nazirliyi, SOCAR və “Masdar” arasında Neftçala 315 MVt gücündə günəş fotovoltaik layihəsi üzrə maliyyə bağlanışının baş tutmasını təsdiqləyən sənəd imzalanıb.

Oxşar xəbərlər
Oxşar xəbərlər
Kambocanın Baş naziri Azərbaycana rəsmi səfərə gəlib
Siyasət 17:21
Kambocanın Baş naziri Azərbaycana rəsmi səfərə gəlib
İlham Əliyev və Ramzan Kadırov birgə nahar ediblər
Siyasət 16:40
İlham Əliyev və Ramzan Kadırov birgə nahar ediblər
İlham Əliyev və Ramzan Kadırov "Bakı Ağ Şəhər"də olublar
Siyasət 16:10
İlham Əliyev və Ramzan Kadırov "Bakı Ağ Şəhər"də olublar
İlham Əliyev Ramzan Kadırovu qəbul edib
Siyasət 15:48
İlham Əliyev Ramzan Kadırovu qəbul edib
Şahbaz Şərif İlham Əliyevə zəng edib
Siyasət 14:02
Şahbaz Şərif İlham Əliyevə zəng edib
Deputatlar və QHT nümayəndələri ABŞ Konqresini 907-ci maddəni ləğv etməyə çağırıblar
Siyasət 11:30
Deputatlar və QHT nümayəndələri ABŞ Konqresini 907-ci maddəni ləğv etməyə çağırıblar
İlham Əliyev 71 birinci instansiya məhkəməsinə hakim təyin edib
Siyasət 10:58
İlham Əliyev 71 birinci instansiya məhkəməsinə hakim təyin edib
Prezidentin sosial media hesablarında Türkmənistana işgüzar səfəri ilə bağlı videoçarx paylaşılıb
Siyasət 20:33
Prezidentin sosial media hesablarında Türkmənistana işgüzar səfəri ilə bağlı videoçarx paylaşılıb
Əliyevin Türkmənistana işgüzar səfəri başa çatıb
Siyasət 16:36
Əliyevin Türkmənistana işgüzar səfəri başa çatıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol