• $
  • €
  • ₽
  • ₺
  • £

Həsənquliyev: Cəzaların sərtləşdirilməsi narkotiklərlə mübarizədə effektiv deyil

Həsənquliyev: Cəzaların sərtləşdirilməsi narkotiklərlə mübarizədə effektiv deyil
16.09.2026 16:34

Narkotiklərlə mübarizənin gücləndirilməsinə ehtiyac olsa da, cəzaların sərtləşdirilməsi problemin həlli üçün effektiv vasitə deyil. Bunu Milli Məclisin deputatı Qüdrət Həsənquliyev bildirib.

O, deputat Hikmət Babaoğlunun narkotiklərin daşınmasında istifadə olunan nəqliyyat vasitələrinin müsadirəsi və qanunvericiliyin sərtləşdirilməsi təklifinə münasibət bildirərkən deyib ki, əsas diqqət hüquq-mühafizə orqanlarının peşəkarlığının və texniki imkanlarının artırılmasına, həmçinin beynəlxalq əməkdaşlığa yönəldilməlidir.

“İran və Əfqanıstanda narkotik satışına görə edam cəzası tətbiq olunur, amma narkotikin ən çox yayıldığı ölkələr sırasındadırlar”, - Həsənquliyev deyib.

Onun sözlərinə görə, narkotik asılılığını yalnız əhalinin sosial vəziyyəti ilə əlaqələndirmək də düzgün deyil, çünki problem həm aşağı, həm də yüksək gəlirli ölkələrdə və müxtəlif sosial qruplar arasında yayılıb.

Həsənquliyev sərhəddə aşkar olunan narkotik yüklərinin dərhal müsadirəsi əvəzinə, bəzi hallarda hüquq-mühafizə və xüsusi xidmət orqanlarının beynəlxalq koordinasiya çərçivəsində “nəzarətli göndəriş” metodundan istifadə etməsini təklif edib.

Bu metod narkotik yükünün son təyinat məntəqəsinədək izlənilməsinə və onu qəbul edəcək şəxslərin, eləcə də cinayət şəbəkəsinin digər üzvlərinin müəyyənləşdirilməsinə imkan verir.

“Sərhəddə yük tutulanda cinayət zənciri həmin nöqtədə qırılır. Onu son mənzil başına qədər izləmək lazımdır ki, malı kimin qəbul edəcəyi və strukturun kimlərdən ibarət olduğu aşkar edilsin”, - deputat bildirib.

Milli Məclisin komitə sədri Arzu Nağıyev deyib ki, nəzarətli göndəriş, müxtəlif xüsusi xidmət orqanlarının koordinasiyası və narkotiklərin son ünvanadək izlənilməsi hüquq-mühafizə orqanlarının istifadə etdiyi üsullar arasındadır.

Nağıyev narkotiklərlə mübarizədə maarifləndirmənin əsas istiqamətlərdən biri olduğunu bildirib və bəzi ölkələrdə narkotik vasitələrin leqallaşdırılmasının ciddi nəticə vermədiyini deyib.

Gülnar Nazimqızı

Oxşar xəbərlər
Oxşar xəbərlər
Salyanda evə düşən ildırım yanğına səbəb olub
Cəmiyyət 10:10
Salyanda evə düşən ildırım yanğına səbəb olub
Fransa polisi qiymət artımına qarşı aksiyalarda 1 000-ə yaxın şəxsi saxlayıb
Cəmiyyət 23:35
Fransa polisi qiymət artımına qarşı aksiyalarda 1 000-ə yaxın şəxsi saxlayıb
Tovuzda avtomobil piyadanı vurub, yaralının vəziyyəti ağırdır
Cəmiyyət 22:30
Tovuzda avtomobil piyadanı vurub, yaralının vəziyyəti ağırdır
Bakıda Zeytun Festivalının rəsmi açılışı olub
Cəmiyyət 21:47
Bakıda Zeytun Festivalının rəsmi açılışı olub
Kütləvi davadan sonra gizlənənləri DTX saxlayıb
Cəmiyyət 19:41
Kütləvi davadan sonra gizlənənləri DTX saxlayıb
İndoneziya Sinqapura kəmər qazı tədarükünü 9 faiz azaldıb
Cəmiyyət 19:00
İndoneziya Sinqapura kəmər qazı tədarükünü 9 faiz azaldıb
Azərbaycan bu ilin doqquz ayında tütün məhsullarının idxal və ixracını artırıb
Cəmiyyət 17:07
Azərbaycan bu ilin doqquz ayında tütün məhsullarının idxal və ixracını artırıb
Xəzər dənizində aşan qayıqdakı ikinci balıqçının cəsədi tapılıb
Cəmiyyət 16:16
Xəzər dənizində aşan qayıqdakı ikinci balıqçının cəsədi tapılıb
Azərbaycan bu ilin doqquz ayında kakao məhsullarının idxal və ixracını artırıb
Cəmiyyət 15:45
Azərbaycan bu ilin doqquz ayında kakao məhsullarının idxal və ixracını artırıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol