• $
  • €
  • ₽
  • ₺
  • £

Mikayıl Cabbarov: Azərbaycan iqtisadiyyatının mürəkkəbliyinin artırılması əsas hədəfdir

Mikayıl Cabbarov: Azərbaycan iqtisadiyyatının mürəkkəbliyinin artırılması əsas hədəfdir
17.09.2026 11:12

Azərbaycanın əsas iqtisadi hədəflərindən biri daha çox əlavə dəyər yaradan mal və xidmətlərin istehsalının artırılmasıdır.Bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov “Baku ID 2026” innovasiya festivalında çıxışı zamanı deyib.

Nazir bildirib ki, bu məqsədə çatmaq üçün əsas amillər istedad, texnologiya və ekosistemin vəhdətidir.

“İstedadın rolu, insanın rolu tam mərkəzdədir. Əgər imkan verən siyasət, mühit və ekosistem mövcuddursa, insan rolu tam mərkəzdədir”, – Cabbarov qeyd edib.

Onun sözlərinə görə, texnologiyanın, xüsusilə süni intellektin inkişafı əmək bazarında tələb olunan bacarıqların məzmununu dəyişir.

“Biz istedaddan, istedadın tərifindən və ya hətta savadlı, səriştəli işçinin tərifindən danışarkən, bu anlayışlar elə biz danışdıqca dəyişir”, – nazir deyib.

Cabbarov qeyd edib ki, Azərbaycan üçün qarşıdakı dövrdə əsas məqsədlərdən biri texnoloji dəyişikliklərin yaratdığı imkanlardan yüksək səviyyədə istifadə edən, ixtisaslı və səriştəli insan kapitalının formalaşdırılmasıdır.

O, həmçinin məhsuldarlığın ekosistemlə birbaşa əlaqəli olduğunu vurğulayıb.

Aytac Zeynalova

Oxşar xəbərlər
Oxşar xəbərlər


Ramiz Mehdiyev AMEA-nın həqiqi üzvlüyündən çıxarılıb
Cəmiyyət 14:57
Ramiz Mehdiyev AMEA-nın həqiqi üzvlüyündən çıxarılıb


Azərbaycanda bu müdirlər 5 min manatcərimələnə bilər
Cəmiyyət 14:34
Azərbaycanda bu müdirlər 5 min manatcərimələnə bilər

Zaqatalada iş adamı milyonluq dələduzluqla bağlı həbs edilib
Cəmiyyət 14:16
Zaqatalada iş adamı milyonluq dələduzluqla bağlı həbs edilib
В Загатале предпринимателя обвиняют в мошенничестве на миллион манатов
Cəmiyyət 14:00
В Загатале предпринимателя обвиняют в мошенничестве на миллион манатов

ABŞ gələn həftə İrana qarşı hərbi əməliyyatlar başlaya bilər
Cəmiyyət 13:33
ABŞ gələn həftə İrana qarşı hərbi əməliyyatlar başlaya bilər

Külli miqdarda narkotik vasitənin tranzit yolla keçirilməsinin qarşısı alınıb
Cəmiyyət 13:28
Külli miqdarda narkotik vasitənin tranzit yolla keçirilməsinin qarşısı alınıb


Hökməli-Qobu-Güzdək yolunun bir hissəsində hərəkət məhdudlaşdırılıb
Cəmiyyət 13:14
Hökməli-Qobu-Güzdək yolunun bir hissəsində hərəkət məhdudlaşdırılıb

PAŞA Bank “Miles&Smiles PASHA Bank” kart sahibləri üçün yeni bonus mil proqramına start verib
Cəmiyyət 12:52
PAŞA Bank “Miles&Smiles PASHA Bank” kart sahibləri üçün yeni bonus mil proqramına start verib

Sabah yağış yağacaq
Cəmiyyət 12:24
Sabah yağış yağacaq
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol