• $
  • £

Sabah Bakının bir sıra ərazilərində işıq olmayacaq

Sabah Bakının bir sıra ərazilərində işıq olmayacaq
17.09.2026 22:13

Bakının Xətai, Xəzər və Yasamal rayonlarının bəzi ərazilərində sentyabrın 18-də təmir və yenidənqurma işləri ilə əlaqədar elektrik enerjisinin verilişində müvəqqəti məhdudiyyət yaranacaq.Bu barədə "Azərişıq" ASC-dən məlumat verilib.

Xətai Rayon Enerji Təchizatı və Satışı İdarəsinin (RETSİ) xidmət ərazisində saat 10:00-dan 14:00-dək 10/0,4 kV-luq transformator məntəqəsində aparılacaq yenidənqurma işləri ilə əlaqədar Məhəmməd Hadi və Sarayevo küçələrində elektrik enerjisinin verilişi məhdudlaşdırılacaq.

Xəzər RETSİ-nin ərazisində 6 kV-luq ikidövrəli hava xətlərində aparılacaq yenidənqurma işləri ilə əlaqədar saat 10:00-dan 14:00-dək Mərdəkan qəsəbəsinin Almaz İldırım, Hacı Məmmədov, Məmməd Səid Ordubadi və Mirzə Ələkbər Sabir küçələrinin bir hissəsində elektrik enerjisinin verilişi dayandırılacaq.

Yasamal RETSİ-nin ərazisində transformator məntəqəsində aparılacaq təmir işləri ilə əlaqədar saat 10:00-dan 13:00-dək Abdulla Qarayev, Mirmövsüm Nəvvab, Nəriman Nərimanov və Zahid Xəlilov küçələrinin bəzi ərazilərində elektrik enerjisinin verilişində fasilə yaranacaq.

"Azərişıq"-dan bildirilib ki, işlər başa çatdıqdan sonra həmin ərazilərdə elektrik enerjisinin təchizatının keyfiyyətinin və dayanıqlığının artırılması təmin ediləcək.

Oxşar xəbərlər
Oxşar xəbərlər
Sabah bu ərazilərdə qaz olmayacaq
Cəmiyyət 23:38
Sabah bu ərazilərdə qaz olmayacaq
Türkiyə və Azərbaycanın "Birlik Gücü-2026" təliminə hazırlıqları başa çatıb
Cəmiyyət 23:30
Türkiyə və Azərbaycanın "Birlik Gücü-2026" təliminə hazırlıqları başa çatıb
Sabah Bakının bir sıra ərazilərində işıq olmayacaq
Cəmiyyət 22:13
Sabah Bakının bir sıra ərazilərində işıq olmayacaq
Cəlilabadda içməli su xəttində qəza baş verib - Yenilənib
Cəmiyyət 20:29
Cəlilabadda içməli su xəttində qəza baş verib - Yenilənib
Ekspres avtobuslarla bir gündə 127 mindən çox sərnişin daşınıb
Cəmiyyət 18:25
Ekspres avtobuslarla bir gündə 127 mindən çox sərnişin daşınıb
Sabah Masallının iki kəndində qaz təchizatı dayandırılacaq
Cəmiyyət 18:05
Sabah Masallının iki kəndində qaz təchizatı dayandırılacaq
Özbəkistan və Qazaxıstan prezidentləri gələn ay Azərbaycana gələcək
Cəmiyyət 16:23
Özbəkistan və Qazaxıstan prezidentləri gələn ay Azərbaycana gələcək
Lerikdə zəlzələ olub
Cəmiyyət 16:18
Lerikdə zəlzələ olub

2030-cu ilədək işçilərin yarısına yeni bacarıqlar lazım olacaq
Cəmiyyət 15:13
2030-cu ilədək işçilərin yarısına yeni bacarıqlar lazım olacaq
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol