• $
  • €
  • ₽
  • ₺
  • £

Deputat: Yeni qanunlar kiçik fermerlərin sənədləşmə yükünü artırmamalıdır

Deputat: Yeni qanunlar kiçik fermerlərin sənədləşmə yükünü artırmamalıdır
18.09.2026 11:56

Azərbaycanda fermerlərin maliyyəyə çıxışını asanlaşdırmaq məqsədilə hazırlanmış yeni qanunvericilik fermerlər üçün əlavə sənədləşmə yükü yaratmamalıdır. Bunu Milli Məclisin deputatı Cavanşir Paşazadə bildirib.

“Bu qanunların qəbulu zamanı fermerləri sənədləşmə məsələsində bir qədər yükləyirik. Nəzərə almaq lazımdır ki, onların bir çoxu xırda fermerlərdir və hamısı bank siyasətini, subsidiyaların verilməsi və sənədlərin vaxtında təqdim olunması qaydalarını eyni səviyyədə bilmir”, - Paşazadə parlamentdə “Məhsul şəhadətnaməsi haqqında” qanun layihəsinin müzakirəsi zamanı deyib.

Qanun layihəsi fermerlərin toxum, gübrə və yem kimi istehsal resurslarını maliyyələşdirməsi üçün “məhsul şəhadətnaməsi” adlı yeni qiymətli kağızın tətbiqini nəzərdə tutur. Şəhadətnamə üzrə öhdəlik mövsümün sonunda məhsulla və ya pulla yerinə yetirilə biləcək.

Paşazadə fermerlərə satılan gübrə və kənd təsərrüfatı dərmanlarının keyfiyyətinə nəzarətin də gücləndirilməsini istəyib.

“Gübrənin keyfiyyətsiz olub-olmadığını görünüşündən müəyyən etmək mümkün deyil, bunu laboratoriya yoxlamalıdır. Keyfiyyətsiz gübrə və ya dərman sonda məhsulun yetişməməsinə gətirib çıxara bilər”, - deputat bildirib.

Onun sözlərinə görə, regionlarda fəaliyyət göstərən aqrar xidmət mərkəzləri yalnız hesabat və statistika toplamaqla kifayətlənməməli, fermerlərin maraqlarını müdafiə etməlidir.
“Bu qurum fermerin yanında olmalıdır, bankın yanında yox. Gübrə və dərman satanın deyil, onları alan fermerin yanında olmalıdır”, - Paşazadə deyib.
Deputat həmçinin kənd təsərrüfatı və balıqçılıq məhsullarının xarici bazarlara çıxarılması üçün onların mənşəyi, keyfiyyəti və sanitariya tələblərinə uyğunluğunun əvvəlcədən təsdiqlənməsini vacib sayıb.

“İnsanlar uzun müddət məhsul istehsal etdikdən sonra onu xaricə göndərə və ya bazar tapa bilməyəndə zərər çəkirlər”, - o bildirib.

Gülnar Nazimqızı

Oxşar xəbərlər
Oxşar xəbərlər
В Загатале предпринимателя обвиняют в мошенничестве на миллион манатов
Cəmiyyət 14:00
В Загатале предпринимателя обвиняют в мошенничестве на миллион манатов

ABŞ gələn həftə İrana qarşı hərbi əməliyyatlar başlaya bilər
Cəmiyyət 13:33
ABŞ gələn həftə İrana qarşı hərbi əməliyyatlar başlaya bilər

Külli miqdarda narkotik vasitənin tranzit yolla keçirilməsinin qarşısı alınıb
Cəmiyyət 13:28
Külli miqdarda narkotik vasitənin tranzit yolla keçirilməsinin qarşısı alınıb


Hökməli-Qobu-Güzdək yolunun bir hissəsində hərəkət məhdudlaşdırılıb
Cəmiyyət 13:14
Hökməli-Qobu-Güzdək yolunun bir hissəsində hərəkət məhdudlaşdırılıb

PAŞA Bank “Miles&Smiles PASHA Bank” kart sahibləri üçün yeni bonus mil proqramına start verib
Cəmiyyət 12:52
PAŞA Bank “Miles&Smiles PASHA Bank” kart sahibləri üçün yeni bonus mil proqramına start verib

Sabah yağış yağacaq
Cəmiyyət 12:24
Sabah yağış yağacaq


DYP elektroskuter istifadəçilərinə müraciət edib
Cəmiyyət 12:11
DYP elektroskuter istifadəçilərinə müraciət edib

Bu yolayrıcına işıqforlar quraşdırılıb
Cəmiyyət 11:56
Bu yolayrıcına işıqforlar quraşdırılıb
BOKT-lərin aktivləri iki ildə 60% artaraq 1,6 milyard manata çatıb
Cəmiyyət 11:29
BOKT-lərin aktivləri iki ildə 60% artaraq 1,6 milyard manata çatıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol

Son xəbərlər

Daha çox