• $
  • €
  • ₽
  • ₺
  • £

Futbol üzrə Azərbaycan Kubokununpüşkü atılıb


Futbol üzrə Azərbaycan Kubokununpüşkü atılıb
18.09.2026 14:19

 

Bu gün Azərbaycan Kubokunda 2026/27-cı illər mövsümünün püşkatma mərasimi keçirilib.

Tədbirdə Peşəkar Futbol Liqasının prezidenti Elxan Səmədov, Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının icraçı vitse-prezidenti Sərxan Hacıyev, PFL-in vitse-prezidenti Aslan Şahgəldiyev, texniki-idman direktoru Elgiz Abbasov, icraçı-direktoru Zaur Hacı-Məhərrəmov, media və marketinq direktoru Sənan Abdullayev, komandaların nümayəndələri, jurnalistlər iştirak ediblər.

Püşkün atılmasında xüsusi qonaq olaraq ölkənin ən titullu futbolçularından biri, Azərbaycan millisinin sabiq üzvü, hazırda 21 yaşadək futbolçulardan ibarət milli komandada məşqçi kimi çalışan Qara Qarayev də iştirak edib.

Tədbirdə I və II təsnifat mərhələlərinin, həmçinin 1/8 finalın püşkü atılıb. Bu mərhələlərin oyunları bir görüşdən ibarət olacaq.

Qeyd edək ki, Azərbaycan Kubokunda I təsnifat mərhələsinin oyunları 7-8 oktyabr tarixində baş tutacaq.

Azərbaycan kuboku

1-ci təsnifat mərhələsi

1. “Marafon” – “Dinamo”

2. “Qaradağ Lökbatan” – “Şəki”

3. “Şirvan” – “Kür-Araz”

4. “Ağdaş” – “Hypers”

5. “Şəmkir” – “Ağstafa Gəncləri”

6. “Difai” – “Zəngəzur”

2-ci təsnifat mərhələsi

7. “Şimal” – “Araz-Naxçıvan”

8. 1-ci cütün qalibi – “Zaqatal”

9. “İmişli” – 2-ci cütün qalibi

10. 3-cü cütün qalibi – “Sumqayıt”

11. “Qəbələ” – “Mingəçevir”

12. MOİK – “Şahdağ Qusar”

13. “Xankəndi” – “Gəncəbasar”

14. 4-cü cütün qalibi – “Şamaxı”

15. “Şəfa” – 5-ci cütün qalibi

16. 6-cı cütün qalibi – “Karvan-Yevlax”

17. “Səbail” – “Zirə”

18. “Kəpəz” – “Baku Sportinq”

 

Oxşar xəbərlər
Oxşar xəbərlər
Hidayət Heydərov Əbu-Dabidə bürünc medal qazanıb
İdman 20:19
Hidayət Heydərov Əbu-Dabidə bürünc medal qazanıb
İlham Əliyev FIFA U-15 Dünya Çempionatının finalını izləyib
İdman 19:49
İlham Əliyev FIFA U-15 Dünya Çempionatının finalını izləyib
İspaniya millisi Bakıda keçirilən FIFA U-15 dünya çempionatının qalibi olub
İdman 19:00
İspaniya millisi Bakıda keçirilən FIFA U-15 dünya çempionatının qalibi olub
“Qızıl top”un saytı səhvən qaliblərlə bağlı paylaşım edib
İdman 23:41
“Qızıl top”un saytı səhvən qaliblərlə bağlı paylaşım edib
U-15 dünya çempionatı: Azərbaycan millisi Haiti yığmasına məğlub olub
İdman 19:09
U-15 dünya çempionatı: Azərbaycan millisi Haiti yığmasına məğlub olub
Eldəniz Əzizli beşqat dünya çempionu olub
İdman 17:45
Eldəniz Əzizli beşqat dünya çempionu olub
Prezidentin sosial media hesablarında futbol üzrə U-15 dünya çempionatı ilə bağlı videoçarx paylaşılıb
İdman 09:07
Prezidentin sosial media hesablarında futbol üzrə U-15 dünya çempionatı ilə bağlı videoçarx paylaşılıb
Əliyev və FIFA prezidenti U-15 dünya çempionatının açılış mərasimində iştirak ediblər
İdman 22:59
Əliyev və FIFA prezidenti U-15 dünya çempionatının açılış mərasimində iştirak ediblər
Azərbaycanın U-16 millisi Bakıdakı dünya çempionatında böyükhesablı qələbə qazanıb
İdman 21:05
Azərbaycanın U-16 millisi Bakıdakı dünya çempionatında böyükhesablı qələbə qazanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol