Sumqayıtda 6 avtomobil toqquşub
Sumqayıt şəhərinin Sülh prospektində 6 avtomobilin iştirakı ilə zəncirvari yol-nəqliyyat hadisəsi baş verib. Bu barədə report məlumat yayıb.
Hərəkətdə olan avtomobillərin toqquşması nəticəsində nəqliyyat vasitələrinə maddi ziyan dəyib.
Hadisə yerinə aidiyyəti qurumların əməkdaşları cəlb olunub. Qəzanın səbəbləri araşdırılır.