• $
  • €
  • ₽
  • ₺
  • £

Qazax Rayon Psixiatriya Xəstəxanasında yanğın olub,44 xəstə təxliyə edilib

Qazax Rayon Psixiatriya Xəstəxanasında yanğın olub,44 xəstə təxliyə edilib
22.09.2026 21:25

Səhiyyə Nazirliyinin balansında olan Qazax Rayon Psixiatriya Xəstəxanasında yanğın hadisəsi baş verib.Bu barədə “Qafqazinfo” xəbər verir.

Ümumilikdə 98 pasiyentin müalicə aldığı ikimərtəbəli binanın mətbəxində qeydə alınan yanğın Fövqəladə Hallar Nazirliyinin (FHN) Qazax Dövlət Yanğından Mühafizə Hissəsinin əməkdaşları tərəfindən söndürülüb.

Operativ tədbirlər nəticəsində yanğın zonasına yaxın mərtəbədə olan 44 xəstə təhlükəsiz əraziyə təxliyə olunub, xəsarət alan olmayıb.

Pasiyentlərin qidalanmasını təmin etmək üçün müəssisədə 5 günlük ərzaq ehtiyatı formalaşdırılıb. Mətbəx bərpa edilənədək tibb müəssisəsinin həyətində 50 nəfərlik çadır qurulub və müvəqqəti mətbəx yaradılıb.

Hadisənin başvermə səbəbləri hüquq-mühafizə orqanları tərəfindən araşdırılır.

Oxşar xəbərlər
Oxşar xəbərlər


DYP elektroskuter istifadəçilərinə müraciət edib
Cəmiyyət 12:11
DYP elektroskuter istifadəçilərinə müraciət edib

Bu yolayrıcına işıqforlar quraşdırılıb
Cəmiyyət 11:56
Bu yolayrıcına işıqforlar quraşdırılıb
BOKT-lərin aktivləri iki ildə 60% artaraq 1,6 milyard manata çatıb
Cəmiyyət 11:29
BOKT-lərin aktivləri iki ildə 60% artaraq 1,6 milyard manata çatıb

Bakıda məktəbdə şagird ölüb
Cəmiyyət 11:21
Bakıda məktəbdə şagird ölüb

Cinayətdə şübhəli bilinən 61 nəfər saxlanılıb
Cəmiyyət 10:41
Cinayətdə şübhəli bilinən 61 nəfər saxlanılıb
Şagirdlərin elektron yerdəyişməsi prosesinə başlanılır
Cəmiyyət 10:30
Şagirdlərin elektron yerdəyişməsi prosesinə başlanılır
Mingəçevirdə maşınlar toqquşub, xəsarət alanlar var
Cəmiyyət 00:11
Mingəçevirdə maşınlar toqquşub, xəsarət alanlar var
Sabah Yardımlı şəhəri və 7 kənddə qaz təchizatı dayandırılacaq
Cəmiyyət 23:37
Sabah Yardımlı şəhəri və 7 kənddə qaz təchizatı dayandırılacaq
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:17
Bu ərazilərdə işıq olmayacaq
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol