• $
  • €
  • ₽
  • ₺
  • £

Bir sıra rayonlarda elektrik enerjisinin verilişində fasilələr yaranacaq

Bir sıra rayonlarda elektrik enerjisinin verilişində fasilələr yaranacaq
23.09.2026 00:20

Sentyabrın 23-də bir sıra rayonların elektrik şəbəkələrində aparılacaq təmir işləri ilə əlaqədar elektrik enerjisinin verilişində fasilələr yaranacaq.Bu barədə "Azərişıq" ASC məlumat yayıb.

Saatlı Elektrik Şəbəkəsinin xidməti ərazisində 110 kV-luq "Sarıcalar-1" və "Sarıcalar-2" hava xətlərinin bəzi dayaqları arasında qabaritdə təmir-bərpa işləri aparılacaq. Bununla əlaqədar bir sıra yaşayış məntəqələrində saat 09:30-dan 14:00-dək elektrik enerjisinin verilişi məhdudlaşdırılacaq.

Ağdaş Elektrik Şəbəkəsinə daxil olan 10 kV-luq "Abad" hava xəttində aparılacaq təmir işləri ilə əlaqədar saat 10:00-dan 14:00-dək Abad, Ağcaqovaq, Eymur, Ərəbşəki və Qaradeyin kəndlərində planlı fasilə olacaq.

Bərdə Elektrik Şəbəkəsinin ərazisində 10 kV-luq 3 və 4 saylı kənd hava xətlərinə toxunan ağaclar budanacaq. İşlərlə əlaqədar saat 10:00-dan 15:00-dək Kətəlparaq, Qurdlar, Piyadalar, Soğanverdilər və Şahvəlilər kəndlərinin bir hissəsində elektrik enerjisinin verilişi dayandırılacaq.

Yevlaxın Ağqıraqlı, Balçılı, Cırdaxan və Varvara kəndlərinin bəzi ərazilərində 10 kV-luq "Cırdaxan" hava xəttində aparılacaq təmir işləri səbəbindən saat 10:00-dan 15:00-dək elektrik enerjisinin verilişi məhdudlaşdırılacaq.

Mingəçevirdə 6 kV-luq hava xəttində təmir və xəttə toxunan ağacların budanması işləri görüləcək. Bu səbəbdən saat 10:00-dan 14:00-dək 20 Yanvar, Müslüm Maqomayev və Nəriman Nərimanov küçələrində elektrik enerjisinin verilişində fasilə yaranacaq.

Astara Elektrik Şəbəkəsinin ərazisində 35 kV-luq "Lovayin" hava xəttində aparılacaq təmir işləri ilə əlaqədar saat 10:00-dan 13:00-dək Çayoba, Hamoşam, Kakalos, Lovayin, Pensər, Siyaku, Şahağac, Təngərud və Toradi kəndlərinin bir sıra ərazilərində elektrik enerjisinin verilişi məhdudlaşdırılacaq.

"Azərişıq" bildirir ki, işlər başa çatdıqdan sonra həmin ərazilərdə abonentlərin daha keyfiyyətli və dayanıqlı elektrik enerjisi ilə təmin olunması nəzərdə tutulur.

Oxşar xəbərlər
Oxşar xəbərlər


DYP elektroskuter istifadəçilərinə müraciət edib
Cəmiyyət 12:11
DYP elektroskuter istifadəçilərinə müraciət edib

Bu yolayrıcına işıqforlar quraşdırılıb
Cəmiyyət 11:56
Bu yolayrıcına işıqforlar quraşdırılıb
BOKT-lərin aktivləri iki ildə 60% artaraq 1,6 milyard manata çatıb
Cəmiyyət 11:29
BOKT-lərin aktivləri iki ildə 60% artaraq 1,6 milyard manata çatıb

Bakıda məktəbdə şagird ölüb
Cəmiyyət 11:21
Bakıda məktəbdə şagird ölüb

Cinayətdə şübhəli bilinən 61 nəfər saxlanılıb
Cəmiyyət 10:41
Cinayətdə şübhəli bilinən 61 nəfər saxlanılıb
Şagirdlərin elektron yerdəyişməsi prosesinə başlanılır
Cəmiyyət 10:30
Şagirdlərin elektron yerdəyişməsi prosesinə başlanılır
Mingəçevirdə maşınlar toqquşub, xəsarət alanlar var
Cəmiyyət 00:11
Mingəçevirdə maşınlar toqquşub, xəsarət alanlar var
Sabah Yardımlı şəhəri və 7 kənddə qaz təchizatı dayandırılacaq
Cəmiyyət 23:37
Sabah Yardımlı şəhəri və 7 kənddə qaz təchizatı dayandırılacaq
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:17
Bu ərazilərdə işıq olmayacaq
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol