Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin hərbçiləri təltif edilib -SİYAHI
Prezident İlham Əliyev Azərbaycan Respublikası Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin hərbi qulluqçularının təltif edilməsi haqqında Sərəncam imzalayıb.
Xidməti vəzifələrini yerinə yetirərkən fərqləndiklərinə görə Azərbaycan Respublikası Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin “Vətən uğrunda” medalı iləAbbasov Abbas Tofiq oğlu – polkovnik, “Hərbi xidmətlərə görə” medalı ilə Məmmədov Anar Əliağa oğlu – polkovnik-leytenant, Əliyev Fariz Atabəy oğlu – mayor,Hüseynov Musa Mirzağa oğlu – mayor ,Quliyev Vahid Vaqif oğlu – mayor, Şirinov Seymur Kamran oğlu – mayor təltif olunublar.