• $
  • €
  • ₽
  • ₺
  • £

LSEG: Azərbaycan şirkətləri kapital bazarlarından daha fəal istifadə edə bilər

LSEG: Azərbaycan şirkətləri kapital bazarlarından daha fəal istifadə edə bilər
25.09.2026 15:43

Azərbaycan şirkətlərinin yerli və beynəlxalq kapital bazarlarına çıxışı maliyyələşmənin şaxələndirilməsi ilə yanaşı, onların beynəlxalq tanınmasına və bazar dəyərinin formalaşmasına imkan yaradır. Bunu London Stock Exchange Group-un (LSEG) ilkin bazarlar üzrə Avropa rəhbəri Ayuna Nechaeva AIIF 2026 çərçivəsində keçirilən panel müzakirəsində deyib.

O bildirib ki, Azərbaycanda kapital çatışmazlığı müşahidə edilmir və ölkə yaxşı kapitallaşıb. Nechaeva qeyd edib ki, birjada listinq şirkətlərə səhmlərdən birləşmə və satınalma əməliyyatlarında istifadə etməyə, həmçinin investorlar üçün likvidlik yaratmağa imkan verir.

LSEG rəsmisi kapital bazarlarının iqtisadiyyatın şaxələndirilməsində mühüm rol oynadığını vurğulayıb. Onun sözlərinə görə, səhm bazarlarının inkişafı investisiya portfellərinin, o cümlədən pensiya fondlarının portfellərinin genişlənməsinə şərait yaradır.

Nechaeva bildirib ki, LSEG şirkətləri hazır olmadan listinqə çıxmağa təşviq etmir və əsas məqsəd listinqdən sonra şirkətlərin uzunmüddətli fəaliyyətinin və səhmlərin likvidliyinin təmin edilməsidir.

O, Özbəkistan və Qazaxıstanda yerli fond birjaları ilə London Fond Birjası arasında həyata keçirilən ikili və üçlü listinq modellərini də nümunə göstərib.

Aytac

Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycan nefti bahalaşıb
İqtisadiyyat 09:09
Azərbaycan nefti bahalaşıb
Apple yenidən dünyanın ən bahalı şirkəti olub
İqtisadiyyat 08:59
Apple yenidən dünyanın ən bahalı şirkəti olub
Azercell-in tərəfdaşlığı ilə “SHE - Gələcəyin toxuması” adlı tədbir keçirilib
İqtisadiyyat 15:35
Azercell-in tərəfdaşlığı ilə “SHE - Gələcəyin toxuması” adlı tədbir keçirilib

PAŞA Bank sahibkarlar üçün yeni POS Kredit məhsulunu təqdim edir
İqtisadiyyat 12:46
PAŞA Bank sahibkarlar üçün yeni POS Kredit məhsulunu təqdim edir
Новая функцияYeloInvest: узнайте больше о своём портфеле!
İqtisadiyyat 12:43
Новая функцияYeloInvest: узнайте больше о своём портфеле!

"Nar”ın baş icraçı direktoru rəqəmsal texnologiyalarla bağlı təlim keçib
İqtisadiyyat 12:22
"Nar”ın baş icraçı direktoru rəqəmsal texnologiyalarla bağlı təlim keçib
Zahid Oruc pulsuz hüquqi yardım sistemində üç dəyişiklik təklif edib
İqtisadiyyat 12:00
Zahid Oruc pulsuz hüquqi yardım sistemində üç dəyişiklik təklif edib
Mikayıl Cabbarova müşavir təyin edilib
İqtisadiyyat 11:47
Mikayıl Cabbarova müşavir təyin edilib
Əli Əsədov: Azərbaycan-Gürcüstan ticarət dövriyyəsi 9 ayda 42% artıb
İqtisadiyyat 10:42
Əli Əsədov: Azərbaycan-Gürcüstan ticarət dövriyyəsi 9 ayda 42% artıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol