• $
  • €
  • ₽
  • ₺
  • £

İlham Əliyev Türkmənistan Prezidentini təbrik edib


İlham Əliyev Türkmənistan Prezidentini təbrik edib
25.09.2026 15:54

 

Azərbaycan Prezidenti İlham Əliyev Türkmənistan Prezidenti Sərdar Berdiməhəmmədova təbrik məktubu ünvanlayıb.

"Hörmətli Sərdar Qurbanquliyeviç, Türkmənistanın müstəqilliyinin 35-ci ildönümü münasibətilə Sizə və bütün xalqınıza öz adımdan və Azərbaycan xalqı adından ən səmimi təbriklərimi və xoş arzularımı çatdırıram.

Ötən dövr ərzində Türkmənistan böyük inkişaf yolu keçmiş, müstəqilliyinin möhkəmlənməsi, sosial-iqtisadi tərəqqi sahəsində sanballı uğurlara imza atmış, beynəlxalq aləmdə yüksək nüfuz qazanmışdır. Azərbaycan qardaş ölkənizin bu nailiyyətlərinə səmimi-qəlbdən sevinir və dünyada geniş tanınma qazanmış Türkmənistanın daimi bitərəflik siyasətini həmişə dəstəkləyir.

Tarixi köklər, ortaq milli-mənəvi dəyərlər və mehriban qonşuluq telləri ilə bir-birinə sıx bağlı olan xalqlarımızın iradəsindən qaynaqlanan Azərbaycan-Türkmənistan münasibətlərinin hazırkı səviyyəsi məmnunluq doğurur.

Ali səviyyədə qarşılıqlı anlaşmanın mövcudluğu müxtəlif sahələrdə, xüsusilə də ticari-iqtisadi, enerji, nəqliyyat-logistika, mədəni-humanitar və digər sahələrdə əməkdaşlığımızın dərinləşdirilməsi üçün əlverişli zəmin yaradır. Bu xüsusda, iyun ayında Azərbaycana həyata keçirdiyiniz dövlət səfərini yüksək qiymətləndirir, səfər çərçivəsində apardığımız danışıqların, imzalanmış sənədlərin və əldə olunmuş razılaşmaların Azərbaycan-Türkmənistan dostluq və qardaşlıq münasibətlərinin möhkəmlənməsi baxımından xüsusi önəm daşıdığını bildirirəm.

İnanıram ki, Azərbaycan-Türkmənistan dostluğu və əməkdaşlığı birgə səylərimizlə bundan sonra da dinamik inkişaf etməyə davam edəcək, strateji xarakter daşıyan tərəfdaşlığımız xalqlarımızın mənafelərinə xidmət edəcəkdir.

Belə bir əlamətdar gündə Sizə möhkəm cansağlığı, xoşbəxtlik, işlərinizdə uğurlar, qardaş Türkmənistan xalqına daim əmin-amanlıq və firavanlıq arzulayıram".

 

Oxşar xəbərlər
Oxşar xəbərlər
XİN: Bakıda AQEM-in VII Zirvə Görüşü regional əməkdaşlıq üçün mühüm mərhələdir
Siyasət 00:01
XİN: Bakıda AQEM-in VII Zirvə Görüşü regional əməkdaşlıq üçün mühüm mərhələdir
Prezidentin sosial media hesablarında Trans-Xəzər Fiber-Optik Kabel Xəttinin açılışı ilə bağlı videoçarx paylaşılıb
Siyasət 20:43
Prezidentin sosial media hesablarında Trans-Xəzər Fiber-Optik Kabel Xəttinin açılışı ilə bağlı videoçarx paylaşılıb
Prezidentin sosial media hesablarında AQEM-in 7-ci Zirvə Görüşü ilə bağlı videoçarx paylaşılıb
Siyasət 18:19
Prezidentin sosial media hesablarında AQEM-in 7-ci Zirvə Görüşü ilə bağlı videoçarx paylaşılıb
Fidan: Türkiyənin Qara dənizlə bağlı təklifini Rusiya və Ukraynaya çatdırmışıq
Siyasət 16:40
Fidan: Türkiyənin Qara dənizlə bağlı təklifini Rusiya və Ukraynaya çatdırmışıq
Hindistan və Pakistan AQEM sammitində Kəşmir məsələsi üzrə mübahisə ediblər
Siyasət 16:01
Hindistan və Pakistan AQEM sammitində Kəşmir məsələsi üzrə mübahisə ediblər
Qəribabadi: ABŞ və İsrail diplomatik danışıqlar zamanı İrana hücum edib
Siyasət 15:31
Qəribabadi: ABŞ və İsrail diplomatik danışıqlar zamanı İrana hücum edib
Fələstin AQEM üzvlərini BMT qətnamələrinin icrasına çağırıb
Siyasət 15:18
Fələstin AQEM üzvlərini BMT qətnamələrinin icrasına çağırıb
Türkiyə AQEM-in beynəlxalq təşkilata çevrilməsini dəstəkləyir
Siyasət 14:48
Türkiyə AQEM-in beynəlxalq təşkilata çevrilməsini dəstəkləyir
Rusiya AQEM çərçivəsində informasiya-kommunikasiya texnologiyalarına dair strategiya hazırlayıb
Siyasət 14:37
Rusiya AQEM çərçivəsində informasiya-kommunikasiya texnologiyalarına dair strategiya hazırlayıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol