• $
  • €
  • ₽
  • ₺
  • £

Türkiyə AQEM-in beynəlxalq təşkilata çevrilməsini dəstəkləyir

Türkiyə AQEM-in beynəlxalq təşkilata çevrilməsini dəstəkləyir
15.10.2026 14:48

Türkiyə Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin (AQEM) tamhüquqlu beynəlxalq təşkilata çevrilməsini dəstəkləyir. Bunu Türkiyənin xarici işlər naziri Hakan Fidan AQEM-in Bakıda keçirilən sammitində çıxışı zamanı deyib.


Fidan bildirib ki, Türkiyə AQEM-i Asiyanın ən əhatəli təhlükəsizlik forumu kimi gücləndirmək niyyətindədir. Onun sözlərinə görə, təşkilatın dialoqu səmərəli əməkdaşlığa çevirməkdə mühüm rolu olmalıdır.


Nazir Asiyada nəqliyyat əlaqələrinin genişləndirilməsinin və enerji marşrutlarının şaxələndirilməsinin iqtisadi təhlükəsizliyi artıracağını deyib. O, Transxəzər Şərq-Qərb Orta Dəhlizinin və Türkiyə ilə İraq üzərindən Körfəzi Avropa ilə birləşdirməsi nəzərdə tutulan “İnkişaf Yolu” layihəsinin əhəmiyyətini vurğulayıb.


Fidan AQEM, Türk Dövlətləri Təşkilatı, ASEAN və Şanxay Əməkdaşlıq Təşkilatı arasında koordinasiyanın gücləndirilməsinə, həmçinin elm, texnologiya və innovasiya sahələrində əməkdaşlığın dərinləşdirilməsinə çağırıb. O, süni intellektin qarşıdurma və inhisarçılığın deyil, inklüziv əməkdaşlığın əsası olmalı olduğunu bildirib.


Nazir İsrailin Fələstin xalqının hüquqlarını pozduğunu deyərək, AQEM üzvlərini Fələstinin hüquqlarını dəstəkləməyə çağırıb. Fidanın sözlərinə görə, davamlı həll 1967-ci il sərhədləri əsasında, paytaxtı Şərqi Qüds olan müstəqil və suveren Fələstin dövlətinin yaradılmasını tələb edir.

Gülnar Nazimqızı 

Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
İlham Əliyev və xanımı Zəngilanda açılışda
Siyasət 14:20
İlham Əliyev və xanımı Zəngilanda açılışda
“ACWA Power"in Direktorlar Şurasının sədri İlham Əliyevi təbrik edib
Siyasət 13:17
“ACWA Power"in Direktorlar Şurasının sədri İlham Əliyevi təbrik edib
Şəxsiyyət vəsiqəsindəki səhvlərin düzəldilməsi ödənişli ola bilər
Siyasət 13:16
Şəxsiyyət vəsiqəsindəki səhvlərin düzəldilməsi ödənişli ola bilər
Prezident xanımı ilə Cəbrayıla gedib
Siyasət 12:47
Prezident xanımı ilə Cəbrayıla gedib
Zəfər Günü 5 şəhərdə hərbi orkestrlərin müşayiəti ilə yürüş keçiriləcək
Siyasət 11:39
Zəfər Günü 5 şəhərdə hərbi orkestrlərin müşayiəti ilə yürüş keçiriləcək
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
Siyasət 10:01
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
Sahibə Qafarova Qazaxıstana səfər edib
Siyasət 18:48
Sahibə Qafarova Qazaxıstana səfər edib
Şavkat Mirziyoyev Zəfər Günü münasibətilə İlham Əliyevi təbrik edib
Siyasət 18:32
Şavkat Mirziyoyev Zəfər Günü münasibətilə İlham Əliyevi təbrik edib
İran Zəngəzur dəhlizi ilə bağlı xəbərdarlıq edib
Siyasət 16:51
İran Zəngəzur dəhlizi ilə bağlı xəbərdarlıq edib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol