• $
  • €
  • ₽
  • ₺
  • £

Milli Məclisin komissiyası Türkiyədə Azərbaycan əleyhinə informasiya kampaniyası barədə açıqlama yayıb

Milli Məclisin komissiyası Türkiyədə Azərbaycan əleyhinə informasiya kampaniyası barədə açıqlama yayıb
26.09.2026 13:50

Milli Məclisin Xarici müdaxilələrə və hibrid təhdidlərə qarşı müvəqqəti komissiyası Türkiyədə sosial media platformaları vasitəsilə Azərbaycan əleyhinə aparıldığı bildirilən informasiya kampaniyasını araşdırıb.Bu barədə komissiyanın açıqlamasında bildirilib.

Açıqlamaya görə, komissiyanın monitorinqi nəticəsində kampaniyanın Azərbaycan-Türkiyə münasibətlərini hədəf aldığı, ictimai rəyi çaşdırmağa, dövlətə və dövlət institutlarına qarşı inamsızlıq yaratmağa, həmçinin cəmiyyətdə qütbləşməni dərinləşdirməyə yönəldiyi müəyyən edilib.

Komissiyanın məlumatına əsasən, kampaniya əlaqələndirilmiş şəkildə hədəfli reklamlar, real və saxta sosial media hesabları vasitəsilə aparılır.

Komissiya kampaniyada iştirak edən şəxslərlə bağlı məlumatların Azərbaycanın aidiyyəti dövlət qurumlarına təqdim ediləcəyini bildirib.

Açıqlamada həmçinin Türkiyə qanunvericiliyinə əsasən bu cür fəaliyyətlərin hüquqi məsuliyyət yarada biləcəyi qeyd olunub.

Komissiya Azərbaycan və Türkiyə vətəndaşlarını sosial mediada yayılan məlumatlara diqqətlə yanaşmağa və saxta məlumatlara inanmamağa çağırıb.

Oxşar xəbərlər
Oxşar xəbərlər
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Gəncədə qəza olub, üç nəfər xəsarət alıb
Cəmiyyət 17:45
Gəncədə qəza olub, üç nəfər xəsarət alıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol